Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezident en böyük güzeşti dile getirdi – Qarabağ ismarışı

18 Ekim 2016

6:40 pm


18/10/2016 [22:39]: xeber –
Cənubi Qafqazda davamlı müharibə Rusiyanın da maraqlarına cavab vermir. Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Ekspert Prezident İlham Əliyevin Rusiyanın “Sputnik” agentliyinə müsahibəsini şərh edib: “Dövlət başçısı bildirdi ki, yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər”. Bu, rəsmi Bakının böyük güzəştidir. Əgər biz əvvəlki illərdə güzəşt kimi daha çox “yüksək statusa malik muxtariyyət” ifadəsi işlədirdiksə, indi bunun konkret adını deyirik: “Muxtar Rüspublika”. Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və s. atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki məsələn, Şuşanın özünün də yerli icra strukturları olmalıdır. Buna baxmayaraq, “muxtar respublika” ifadəsinin özündə konkret nələri ehtiva etdiyini özümüz üçün müəyyənləşdirməliyik. “Muxtar Respublika” ilə bağlı konkret sənəd, yəni  təkliflər paketi hazırlanmalı və müzakirə üçün həmsədrlərə təqdim edilməlidir”. Politoloq İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəflərini də açıqlayıb: “Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikanın əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar, İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun “Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər” mesajını diqqətə almalı olacaqlar. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın da maraqlarına cavab vermir”. Qeyd edək ki, prezident İlham Əliyev dünən “Sputnik”ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı kompromisin mümkünlüyünü dilə gətirib və bunun muxtar respublika formasında ola biləcəyini açıqlayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler