Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezident: “Bunu Putine de catdirdim, meni basa dusdu”

01 Aralık 2016

8:12 am

– xeber –
Qırğızıstan hərbi planda öz qüvvələrinə arxalanmalıdır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib. Ölkə başçısının fikrincə, Qırğızıstanda heç bir xarici ölkənin bazası olmamalıdır:
“Məncə, biz “Qansi” bazası (ABŞ-ın Qırğızıstanda keçmiş bazası. Atambayevin əmri ilə ölkədən çıxarılıb. – red.) ilə bağlı tam doğru qərar verdik. 5 il keçdi və zaman göstərdi ki, haqlıymışıq. Qırğızıstan gələcəkdə öz qüvvələrinə arxalanmalıdır. Bu, Rusiya bazasına da aiddir. Müqavilə müddəti bitəndən sonra bu baza da Qırğızıstandan çıxarılmalıdır. Mən bu fikri Rusiya Prezidenti Vladimir Putinə də çatdırmışam və o məni başa düşüb”.
Qeyd edək ki, Rusiyanın hazırda Qırğızıstanda 4 hərbi bazası var. 2009-cu ildə iki ölkə arasında əldə olunan razılaşmaya əsasən, baza 49 il ərzində Qırğızıstanda qalacaq və müddət bitdikdən sonra şəraitə uyğun avtomatik olaraq bazanın mövcudluğu 25 il uzadıla bilər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler