Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezident 8,6 milyonluq serencam imzaladı

27 Ağustos 2016

3:32 pm


27/08/2016 [19:29]: xeber –
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.sayt xəbər verir ki, sərəncamda deyilir:“1. Əlli bir min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,6 milyon (səkkiz milyon altı yüz min) manat ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler