Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Prezident 12 milyon pul ayırdı, Heyder Əsedov ise hemin pullara villa alıb”

11 Temmuz 2016

4:56 pm


11/07/2016 [20:53]: xeber –
Bu il prezident İlham Əliyevin tapşırığından sonra Sabirabadda bol məhsul yetişdirilib. Amma sevinməyə macal tapmamış peşmançılıq girdabına düşünlər də var.Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan “Aqrokimya” MMC adlı şirkət gedib xaricdən pambıq sovkasına qarşı dərman alıb gətirib. Həmin dərmanın hansı qiymətə aldıqları bilinməsə də gətirib hər kiloqramını fermerlərə və şirkətlərə 33 manatdan satırlar. Amma dərmanın tərkibi necədirsə heç bir effekt vermir. Fermerlərdən biri deyir ki, 15 ildən artıqdır ki, pambığın dərmanlanması ilə məşğuldur və istifadə etdiyi dərmanlar həmişə sovkanın məhv edilməsində böyük rol oynayıb heç bir problem yaşamayıblar. Amma indi yeni gətirilən dərmanlarla sahələri dərmanladıqdan sonra pambığı suvarsalar da sovka tələf olmur ki, olmur. Nəticədə sovka demək olar ki, pambığı məhv etməkdədir.Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sayt -a açıqlamasında bildirdi ki, kənd təsərüfatının hazırkı bərbad durumuna görə günahkar Heydər Əsədovdur:“Heydər Əsədov kənd təsərüfatının qənimidir. Onun bu sahədən başı çıxımır, ona görə də yuxarıda qeyd etdiyiniz hallar baş verməkdədir. Hazırkı bərbad durumun tək günahkarı Heydər Əsədovdur. Mən dünən onun müşavirədəki çıxışına baxdım hamısı yalan idi. Prezident 12 milyon pul ayırdı Heydər Əsədov həmin pullara gedib Həsən Əliyev küçəsində villa alıb. Aldığı gübrələrin, dərmanların heç bir təsiri yoxdur, çünki onları ermənilərdən alır. Heydər Əsədov həbs edilməlidir. O, müşavirədə danışaraq prezidenti aldatdı. Tələb edirəm ki, kommisiya yaradılsın H.Əsədovun gördüyü işlərin monitorinqi keçirilsin. Prezidentə düzgün informasiya verilmir.  Bizim rayon təşkilatının üzvləri mənlə əlaqə saxlayaraq bildirir ki, rayonlarda sahibkarlar, kəndçilər məhsulunu sata bilmir, çətin durumdadılar. Nazirlik bu gün heç bir iş görmür. Cənab prezident bir neçə ay öncə məhsulların toplanıb tədarük olunması məqsədi ilə qurumun yaradılması haqda göstəriş verdi. Amma Heydər Əsədov heç nə etmədi.  Hanı bizim konserva, tomat zavodları? Heydər Əsədovun işi ilə bağlı kommisya yaradaq, mən bu işin mütəxəsisi kimi hər şeyi sübut edəcəm. Özü Azərbaycana xəyanət etdiyi azmış kimi qudası Ziya Məmmədov və onun oğlu da bu biri tərəfdən ölkəyə xəyanət edir.Bütün media, ictimaiyyət bu məsələdə prezidentə kömək etməlidir. Heydər Əsədov bir manata aldığı dərmanı qeydiyyatdan 100 manata keçirir və külli miqdarda pul əldə edir. Heydər Əsədov nə vaxta qədər bizi qoyun yerinə qoyacaq? Hesab edirəm ki, onun müşavirədə söylədikləri yoxlanılmalıdır və ona qarşı cinayyət işi başlanmalıdır.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler