Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Poroşenkonun köhnelen silahı: “Mişa” niye istefa verdi?

08 Kasım 2016

11:48 am


08/11/2016 [15:47]: xeber –
Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dünən istefasını elan etdi. Saakaşvilinin izahı bu şəkildə oldu ki, prezident Pyotr Poroşenko və hökumət ona korrupsiya ilə mübarizə aparmağa mane olur, Odessanı “Ukraynanın düşmənlərinə verir”.“Republic.ru” saytında Mixail Tişenko qubernatorun istefaya getməsinin səbəblərini tapmağa çalışıb.Onun sözlərinə görə, Saakaşvili islahatların keçirilməsi üzrə öz təcrübəsini Odessada tətbiq etməyə hazırlaşırdı. O, hakimiyyəti və şəxsən Poroşenkonun buna mane olmaqda ittiham etdi. Bundan başqa, Saakaşvili Pyotr Poroşenkonu Odessa vilayətində korrupsioner qruplaşmaları dəstəkləməkdə ittiham etdi.Mixail Tişenkonun sözlərinə görə, istefa gözlənən idi. Bir il əvvəl Saakaşvili prezident komandasının tərəfində Arseniy Yasenyukun kabineti ilə açıq münaqişəyə girdi. Bu, Poroşenkoya Yasenyukdan qurtulmağa kömək etdi. Amma Gürcüstanın keçmiş prezidenti sonra şəxsi siyasi layihəsi (Yaxın vaxtlarda yaradılmış “Xvilya” (“Dalğa”) partiyası) ilə məşğul oldu, özünü korrupsiya ilə mübarizə aparan pəhləvan elan etdi və Poroşenkonun yaxın ətrafı, həmçinin “boz kardinal” – parlamentdə prezident fraksiyasının rəhbərinin birinci müavini İqor Kononenko ilə münaqişəyə girdi.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler