Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Poroşenkonun Bakıya seferinin vaxtı belli oldu – YENİLƏNİB

11 Temmuz 2016

2:12 pm


11/07/2016 [18:11]: xeber –
Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-14-də Azərbaycanda rəsmi səfərdə olacaq.sayt-ın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.Səfər çərçivəsində Ukrayna-Azərbaycan əlaqələrin müxtəlif sahələrdə inkişafına yönəlmiş ikitərəfli sənədlərin imzalanması gözlənilir.Səfər proqramına Ukrayna prezidentinin Azərbaycanın baş naziri Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovla görüşü də daxildir.***“Ukrayna prezidenti ilə iyulun 14-də Azərbaycana səfərimiz gözlənilir”.sayt-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası İşçi qrupunun rəhbəri Maksim Kuryaçie deyib.O, P. Poroşenkonu iki günlük səfərdə hökumət üzvləri və iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edəcəyini, səfər hazırlıqlarının tamamlanmaq üzrə olduğunu qedd edib.Qeyd edək ki, səfər proqramına Taras Şevçenkonun Bakıdakı abidəsinin ziyarət olunması, ölkə başçılarının təklikdə və nümayəndə heyətləri ilə birlikdə görüşləri, iş adamlarının iştirakı ilə toplantılar və s. daxildir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler