Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Poroşenkonun Bakı seferi Rusiyanı qıcıqlandıra bilermi?

01 Temmuz 2016

10:04 am


01/07/2016 [14:03]: xeber –
Ukrayna prezidenti Pyotr
Poroşenkonun Bakıya səfəri gözlənilir. Maraqlıdır, Rusiya ilə ciddi gərginlik
yaşayan Ukraynanın dövlət başçısının Bakı səfəri Rusiyanı qıcıqlandıra, Azərbaycan
üçün yersiz başağrısına çevrilə bilərmi?

Məsələ ilə bağlı sayt-a
açıqlama verən “Trend” İnformasiya Agentliyinin baş direktorunun
müavini, politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Azərbaycanın
müstəqil dövlət kimi sərbəst siyasət yürütdüyünü, bu siyasətin hər hansı dövlətin
marqları üçün təhlükə törətmədiyini vurğulayıb:

“Azərbaycan və Ukrayna
arasında suverenliklə bağlı məsələlərdə heç vaxt hanssıa anlaşılmazlıq və
problem yaşanmayıb. Donbas və Qarabağ münaqişələrində tərəflər bir-birlərinin
suverenliyini dəstəklədiklərini bildirib. Azərbaycan və Ukrayna bu məsələlərdə
bir-birimizi normal başa düşür. Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə
ikitərəfli əlaqələri var. Iqtisadi, siyasi, hətta hərbi baxımdan bu münasibətlər
inkişaf etdirilir. Azərbaycan müstəqil siyasət yürüdən bir dövlətdir. Buna görə
də hansısa dölətin bu məsələdə bizə irad tutması mümkün deyil. Prezident İlham
Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycanın hər hansı bir dövlətlə
nünasibəti digər dövləti qıcıqlandırmamalıdır. Xarici siyasətdə təbii ki, ümumi
maraqlar var. Düşünürəm ki, Rusiya Ukrayna prezidentinin ölkəmizə səfərinə, Azərbaycan-Ukrayna
münasibətlərinə normal yanaşmalıdır”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler