Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Polşanın Elm ve Tehsil Nazirliyinin nümayendeleri ADNSU-da olub

06 Ekim 2016

2:52 pm


06/10/2016 [18:52]: xeber –
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, prof. Mustafa Babanlı 10-cu Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gələn Polşanın Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə görüşüb.Prof. Mustafa Babanlı qonaqları salamlayaraq onları universitetdə görməkdən məmun olduğunu bildirib. Görüş zamanı rektor ADNSU haqqında, ali məktəbdə gerçəkləşdirilən tədris və mübadilə proqramları, beynəlxlaq əməkdaşlıq, həmçinin yeni fəaliiyətə başlamış Fransız-Azərbaycan Universiteti barədə məlumat verib.Polşa ilə əməkdaşlığn genişləndirilməsinin əhəmiyyətini qeyd edən rektor M.Babanlı Polşa Universitetləri ilə əlaqələrin qurulması və tələbə mübadiləsi üçün yeni əməkdaşlıq sazişlərinin imzalanmasının hər iki ölkənin ali təhsil sahəsində mühüm rolu olacağını vurğulayıb.“Biz ümid edirik ki Polşa universitetləri ilə əməkdaşlığımız daha da genişlənəcək və Polşalı tələbələrin ADNSU-ya yenidən marağı bərpa olunacaq. Hazırda ADNSU-da Polşadan heç bir tələbə yoxdur. Amma biz qısa zamanda bunu bərpa etməyi çox istərdik”, – deyə prof.Mustafa Babanlı bildirib.Polşanın Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin nümayəndəsi Mixail Sobçik öz növbəsində ADNSU-ya dəvət olunduğu üçün təşəkkürünü bildirib. Universitetdə olmaqdan məmnun olduğunu deyən qonaq Azərbaycan Respublikasının Təhsil naziri ilə görüşəcəyini və yeni layihələri müzakirə edəcəklərini söyləyib.Polşanın nüfuzlu Adam Misikeviç Universitetinin nümayəndəsi ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. O tələbə mübadiləsi və müəllimlərin təcrübə keçməsi üçün ikitərəfli əməkdaşlıqla bağlı yeni müqavilələrin imzalanması barədə düşündüklərini bildirib.Polşa nümayəndə heyəti olaraq 10-cu Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak edəcəklərini qeyd edən qonaqlar Azərbaycanın bütün ali təhsil müəssisələrinə, əsasən də ADNSU-ya xüsusi diqqət yetirəcəklərini ifadə ediblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler