Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Politoloqdan Bakıdakı türk diplomatlarına Fetullah Gülen atmacası…

03 Ağustos 2016

7:12 am


03/08/2016 [11:10]: xeber –
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun dünən jurnalistlərlə görüşündə Fətullah Gülən şəbəkəsini nəzərdə tutaraq belə bir cümləsi diqqətimi çəkdi: «30 il Türkiyə bayrağı altında xidmət edən adamlar o gecə ”mənəvi lider”lərinin təlimatı ilə Türk xalqına silah çəkdilər». Mənə bu cümlənin birinci hissəsi maraqlı gəldi. Həqiqətən “Türkiyə bayrağı altında xidmət edən həmin adamların” Türkiyənin keçmiş prezidenti Turqut Özaldan tutmuş keçmiş baş nazir Bülənt Əcəvitə qədər dostluq etmədikləri siyasətçi qalmamışdı, hamısının xeyir-dualarını almışdılar, hətta indiki Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan hakimiyyətinin ən azı 9 ilini onlarda dostluq və müttəfiqlik şəraitində keçirtdi, qardaş ölkənin səfirləri belə indiki terrorçuların nümayənlərinin məktəblərinə, universitetlərinə ziyarətlərini özlərinə şərəf saydılar, birgə şəkil çəkdirdilər. Başqa cür olması da çətindir.Səfirlərin başlarının üstlərindəki liderlər Fətullah Gülənin və onun şəbəkəsinin illlərlə nəvazişini çəkdilərsə, onlar nə etməli idilər? Ancaq elə siyasətçilər və səfirlər də tapıldı ki, Ərdoğan Güləni terrorçu elan edib onunla mübarizəyə başladıqda da Gülən şəbəkəsi ilə əlaqələrini kəsmədilər. Təsadüdi deyil ki, Türkiyənin keçmiş baş qərargah rəisi İlkər Başbuğ da müsahibəsində dedi ki, Ərdoğan çevrilişə qədər Gülən və onun şəbəkəsinə qarşı 4 il ərzində tək mübarizə aparıb, hakimiyyətdəki digər fiqurlar seyrçi qalıblar. Elə mənim özüm Bakıda türk diplomat və jurnalistlərlə görüşlərimdə Gülən şəbəkəsinin təhlükəsindən söz açarkən, həmsöhbətlərimin başqa mövzuya keçmələrinin şahidi olmuşam.Elxan Şahinoğlu, politoloq


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler