Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Politika.az Aqrar Universitetdeki heqiqetleri göre bildi

09 Temmuz 2016

9:48 am


09/07/2016 [13:44]: xeber –
Politika.az-ın Aqrar Universitet barəsində böhtan dolu yazıları hamıya məlumdur. Hətta bu qərəzli yazıların məhkəmə müstəvisinə çıxarılmasını da ictimaiyyət nümayəndələri yaxşı bilir. Artıq Politika.az səhvini anlayaraq 6-cı təkzibini verib. Bununla yanaşı Aqrar Universitetin real həyatını əks etdirən, uğurların və inkişafın təntənəsini göstərən məqalə də çap edib. ADAU-nun mətbuat xidməti həmin məqaləni bütün KİV-lərə göndərərk dərc olunmasını xahiş edir.Azərbaycan təhsilinin qürur yeri – Azərbaycan Dövlət Aqrar UniversitetiSon zamanlar ölkəmizdə ən çox müzakirə olunan sahələrdən biri də təhsil sahəsidir. Hər bir vətəndaşın bu sahənin taleyi iləbağlı rahatsızlığı başa düşüləndir. Təhsili olmayan millətin gələcəyi də yoxdur. Bu, danılmaz həqiqətdir. Əlbəttə, ali təhsil ocaqlarımıza rəhbərlik edən ziyalılarımız da bunu çox gözəl başa düşür. Ən azından belə olduğunu fikirləşirik Bəs, Gəncə şəhərində yerləşən Dövlət Aqrar Universiteti hansı qayğılarla yaşayır? Nə kimi uğurları və planları var? Bu və bu kimi suallara aydınlıq gətirmək üçün elə yerindəcə vəziyyətlə tanış olmaq qərarına gəldik.86 illik şanlı tarixAzərbaycan Dövlət Aqrar Universiteti çox böyük və sanballı bir ali məktəbdir, şanlı tarixi var, 85 yaşı artıq qeyd olunub. Ölkəmizdə ali aqrar təhsil üzrə mütəxəssis hazırlığına 1920-ci il dekabrın 16-dan başlanılıb. Belə ki, həmin dövrdə Bakı Politexnik İnstitutunun tərkibində kənd təsərrüfatı fakültəsi yaradılmışdı. 1929-cu ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradıldı. İnstitut yaranandan sonra 1931-ci ildə Gəncəyə köçürüldü. 1991-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universiteti adlanır. Akedemik Həsən Əliyev, İmam Mustafayev, Validə Tutayuk, Mehdi Mustafayev və onlarca başqa tanınmış simalar bu elm ocağında təhsil alıblar, burada işləyiblər, kadr hazırlayıblar. Hazırda Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada bu ali məktəbin məzunu olmasın. Rayon icra hakimiyyəti başçılarının böyük əksəriyyəti indiki aqrar universitetin müəllimlərindən dərs alıb.Qürur və sevinc yaşadan təhsil ocağıÖlkənin yeganə aqrar istiqamət üzrə ali məktəbi ilə tanışlığa universitetin rektoru, AMEA- nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşdən başladıq. Səmimi və qısa söhbətdən sonra rektor özü hər şeyi yerində görüb qiymətləndirməyi məsləhət bildi: “Nə danışsam, öz müşahidənizi əvəz edə bilməz”. Unuversitetlə tanışlıq zamanı tədris işləri üzrə prorektor Anar müəllim bizə yoldaşlıq etdi. Prorektor Anar Hətəmov cavan olsa da elə ilk söhbətdən hiss olundu ki, universitetin bütün sahələrindəki işindən xəbərdardır.Tədrisin təşkili və imtahanların gedişi də ki, öz yerində. Yol boyu bu işlərdən həvəslə danışır, tələbələrin bir sıra xarici ölkələrdəki təhsilindən, ixtisaslarının artırılmasından söhbət açır. Deyir ki, universitetin rektorluğu idarəetmənin, tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və bunun əsasında daha səmərəli tədbirlər həyata keçirmək məqsədilə tələbələr arasında online formada “Tələbə məmnuniyyət sorğusu” keçirmişdir. Sorğunun daha şəffaf, demokratik, obyektiv keçirilməsi üçün cavabların anonimliyinə rektorluq tam təminat vermişdir. Bundan başqa, əyani təhsil formasında imtahan sessiyasının təşkili və keçirilməsi rektorun əmri ilə rəsmiləşdirilmiş, Təhsil Nazirliyinin müvafiq əmri elan olunmuşdur. Əmrdə bakalavriat və magistratura səviyyələrində sessiyanın keçirilmə müddəti, “Qaynar xətt”in əlaqə telefonu, e-mail ünvanı qeyd edilmiş, şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilmiş, apelyasiya komissiyası yaradılmış, əmr universitetin elektron poçtunda yerləşdirilmişdir…Etiraf edək ki, Aqrar Universitetin korpuslarını gəzdikcə, tələbələrlə söhbət etdikcə təəccüblənməyə bilmirdik. Tədris korpusunu gəzərkən adama elə gəlir ki, hansısa uzaq bir ölkədəsən. Bu cür əhval-ruhiyyəsi olan ali məktəbin ölkəmizdə olmasından qürur duyurduq həm də. Tələbələr üçün nələr etməyiblər? Ən müasir fənn kabinetləri, laboratoriyalar, auditoriyalar, “ağıllı lövhələr”, müxtəlif problemləri öyrənən mərkəzlər və daha nələr, nələr.Təsəvvür edin ki, sonuncu kurs tələbəsi “Tələbə və Karyera Mərkəzi”nə daxil olur və bir düyməni basmaqla geniş ekranda Azərbaycanın şəhər və rayonlarında onun ixtisasına uyğun boş yerlər haqqında həmin andaca məlumat alır.Aqrar sahədə dövlətin güvənc yeri2007/2008-ci tədris ilindən Avropa və dünyanın əksər universitetlərində tətbiq edilən Bolonya prosesi – kredit sistemi ilə universitetdə tədris prosesi həyata keçirilir. Son illərdə universitetin xarici ölkələr, o cümlədən Avropa ölkələrinin universitetlərilə (Fransa, İspaniya, Niderland, Almaniya, Macarıstan, Polşa, Belçika, MDB ölkələri və Türkiyə universitetləri) tədris və elmi əməkdaşlıq sahəsində müqavilələr bağlanıb. Bu müqavilələrə əsasən ADAU-nun tələbə və müəllimləri həmin universitetlərdə, xarici universitetlərin tələbə və müəllimləri də bizim universitetdə təcrübə keçir, elmi-praktik konfranslarda və digər tədbirlərdə iştirak edirlər. Xarici aqrar universitetlərin zəngin təcrübəsindən ADAU-da geniş istifadə olunur. ADAU-da Beynəlxalq elmi-praktik konfransların, ustad dərslərin keçirilməsi son illərdə ənənə şəklini almışdır ki, bu da xarici ölkə alimlərinin təcrübələrindən səmərəli istifadə olunmasına zəmin yaradır. Elm, istehsalat və tədris modelinin yaradılması istiqamətində aparılan gərgin işlərə görə ADAU 2011-ci ildə Avropa Rektorlar Şurası Assambleyasının “Elm və təhsildə nailiyyətlərə görə qızıl medalı” ilə təltif olunub.Rektorluq, professor-müəllim heyəti kənd təsərrüfatı ixtisasları qrupu ilə yanaşı digər ixtisaslar üzrə mütəxəssis hazırlığına da önəm verir. Belə ki, aqrar sahə üçün prioritet sayılan “torpaqşünaslıq və aqrokimya”, “aqronomluq”, “meşəçilik”, “ekologiya”, “su bioehtiyatları və akvabitkilər”, “yerquruluşu, torpaq və şəhər kadastrı”, “zootexniklik”, “baytarlıq”, “baqlıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “aqromühəndislik” ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müvafiq Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq bakalavriat səviyyəsinə kənd təsərrüfatı ixtisasları üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir. Əvvəlki tədris illərindən fərqli olaraq 2015/2016-cı tədris ilində kənd təsərrüfatı ixtisaslarının əksəriyyəti üzrə qəbul planı tam yerinə yetirilib. Bu ixtisaslar ilə yanaşı universitetdə “qida məhsulları mühəndisliyi”, “istehlak mallarının ekspertizası və marketinqi”, “əczaçılıq”, “maşın mühəndisliyi”, “elektroenergetika mühəndisliyi”, “informasiya texnologiyaları və sistemləri mühəndisliyi”, bir neçə iqtisadi ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır.Dövlət və Xalq üçün çalışan vahid komandaProrektorlardan tutmuş dekanlara,kafedra müdirlərinə, sıravi müəllimlərə, laborantlara, texniki işçilərə kimi Universitet kollektivi vahid komanda olaraq çalışır. Universitetin bir işçisi belə deyə bilməz ki, nəyəsə bir manat vəsait xərcləyib. Bütün işləri rektorluq özü həll edir. Təmirindən tutmuş avadanlıqların alınıb gətirilməsinə kimi. Görülən işlər də göz qabağındadır. Müxtəlif mərkəzlər, laboratoriyalar, Avropa üslubunda təmir olunmuş tədris korpusları, yataqxanalar, idman zalları, maşın – traktor parkı. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində təşkil olunan Quşçuluq Tədris-Təcrübə mərkəzində və qapalı balıq yetişdirmə laboratoriyasında olduq və düzü, heyran qaldıq. Tələbəyə, elə müəllimlərin özlərinə də bundan gözəl nə şərait yaratmaq olar? Xeyli xərc çəkilib, Türkiyədən mütəxəssislər dəvət olunub. Zəngin laboratoriya quraşdırılıb,ferma tikilib,avadanlıq alınıb.Maşın-traktor parkına baxdıq. Yeni avtobuslar, taxılyığan kombayn, traktorlar, kotanlar, kübrəsəpən, otbiçən, kartofqazan və neçə-neçə digər texnika gördük. Zəngin, bir çox iri kənd təsərrüfatı rayonlarının həsəd aparası bir maşın parkıdır. Tikintisi artıq başa çatan və dövlət başçısının bir müddət öncə açılışında iştirak etdiyi beşbloklu, 514 yerlik tələbə yataqxanasına baxdıq. Bu yataqxana yeni dərs ilində, sentyabrda istifadəyə veriləcək və tələbələrin məişət şəraiti əsaslı şəkildə yaxşılaşacaq. Hazırda əyani təhsil alan 4 mindən çox tələbənin təxminən yarısı kirayədə yaşayır. Tezliklə başqa bir yataqxananın da inşası planlaşdırılır. Tələbələrin hamısı ən vacib qayğıdan azad olunacaq.Bir də ki,universitet tələbələri tez-tez müxtəlif xarici ölkələrdə olur, istehsalat təcrübəsi keçirlər və təbii ki, həmin ölkələrin ali məktəblərinin yataqxanalarında qalırlar. Bizim mehmanxana tipli yataqxana da istifadəyə verildikdən sonra xarici ölkələrdən çoxlu tələbə və müəllim qəbul etməyə şərait yaranacaq.Uğurlu rəhbərlikBəs necə olub ki, uzun illərdən bəri davam edən problem tədricən həll olunmağa başlayıb? Sualın iki sözdən ibarət cavabı var: iradə və qayğı. Etiraf etmək lazımdır ki, universitetin rektoru İbrahim Cəfərov bu ali məktəbə rəhbərlik etdiyi qısa vaxt ərzində qeyd etdiyimiz həmin iradəni göstərə bilib. Qayğı da ki, öz yerində. Universitetin rektoru professor cənab İbrahim Cəfərov şəxsi təşəbbüs ilə tələbələrin mükəmməl təhsil alması üçün bəzi həvəsləndirici vasitələrdən istifadə edərək yüksək və orta nəticə göstərən tələbələri istirahət göndərir, onları kompüterlərlə mükafatlandırır və s i.a. Bildirək ki, İbrahim Cəfərovun rektoru olduğu ADAU-da təhsilin yüksək səviyyədə təşkil olunması, tələbələrə göstərilən xüsusi qayğı, habelə elmi-texniki bazanın mükəmməl səviyyəyə çatdırılması xeyli əziyyət tələb edib. Bu gün Azərbaycanda ən nümunəvi, nə mühüm və əhəmiyyətli təhsil ocağı olan ADAU-nun hazırkı səviyyəyə yüksəlməsində İbrahim Cəfərovun mühüm rolu vardır. Belə ki, onun həm elmi bazanı gücləndirməsi, həm tələbələrin təcrübə keçmələri üçün bütün zəruri şəraitin yaradılması, habelə digər amillər müstəsna xidmətlərin bəhrəsidir.İbrahim Cəfərovun ən üstün cəhətlərindən biri də odur ki, o, özünü universitetdə rektor kimi deyil, eləcə müəllim, tələbə kimi aparır. Rektorun davranışları, tələbələrlə olan münasibətləri də əyani şəkildə ortadadır və bu səbəbdən də tələbələr onu çox sevirlər. Nəzərinizə çatdıraq ki, İbrahim Cəfərov gözəl alim, nümunəvi ailə başçısı, bacarıqlı müəllim, bilikli elm xadimidir. Onun elmi araşdırmaları, dərslikləri, mühazirələri və digər xoş məziyyətlər hamı tərəfindən təqdir olunur. Bu gün ADAU-nun inkişaf yolunda olması, müasir dövrümüzlə ayaqlaşan elm ocağına çevirlməsi artıq bütün ölkədə məşhurdur. Peşəkar kadrların yetişdirilməsi, ixtisaslı mütəxəssislərin formalaşdırılması üçün çəkilən əziyyətlər hər nə qədər çox olsa da, yekunda hamı sevinir. Ona görə ki, bu sevinc hissi məhz zəhmətin hədər getməməsi ilə bağılıdır.İbrahim Cəfərov özünün müsahibələrində deyir ki, tələbələr onun həyatının mənasıdır. Rektorun bu qədər səmimi açıqlama ilə çıxış etməsi əbəs deyil. Həqiqətən də o, tələbələrlə münasibətlərini ata-övlad səviyyəsində tənzimləyir. Bütün bu və digər tədbirlər tələbələrdə yüksək maraq oyadır. Ədalət naminə deyək ki,canında, qanında vətən sevgisi,vətən məhəbbəti olan insanlar böyük zirvələr fəth edir. Məhz bu fəaliyyətin nəticəsidir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “Azerbaycan Universitetleri” facebook səhifəsində keçirilən 2014-2015-ci tədris ilində “Ən yaxşı rektor” müsabiqəsində qalib olub. Ölkənin ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən səsvermədə İbrahim Cəfərov tələbələr üçün nümunəvi şərait yaratdığına, rəhbərlik etdiyi ali məktəbin media ilə əlaqələrinin daha sıx qurulmasına görə bu ada sahib olub. Ölkəmizin yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universiteti üçün elm, tədris, beynəlxalq əlaqələrin inkişafı sahəsində bir sıra uğurlarla əlamətdar olub.İbrahim Cəfərovun rəhbərliyi sayəsində universitetdə aqrar sahədə tələbələrin bilik səviyyəsi durmadan yüksəldilir,aqrar sahənin kadrlarının beynəlxalq aləmdə təcrübə mübadilələrinə geniş imkan yaradılır. Az qala, bir əsrlik tarixə malik, çoxillik ənənələrə söykənən ali təhsil ocağı bu gün müasir dünya təhsil sisteminin tələbləri səviyyəsində uğurla inkişaf edir.Qeyd edək ki, son günlər politika.az saytı Azərbaycan Dövlət Aqrar Universitetinin və bu ali məktəbin rektoru İbrahim Cəfərov haqda yazılar yayımlayıb. Sayt bütün faktları araşdıraraq yazılanların həqiqət olmadığını aydınlaşdıb və bununla bağlı təkzib mətni yayımlayıb. Eyni zamanda bu prosesin gedişatında İbrahim müəllimin ziyalılıq gücünün bir daha şahidi olaraq onun azad medianı cəzalandırmaq yox, humanizmlə düz yola dəvət etmək böyüklüyünü görüb və bu səbəbdən redaksiyanın kollektivi adından da rektora təşəkkür etdiyini bildirir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler