Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Polislerin sayına göre Azerbaycan dünyada axırıncı yerlerden birini tutur”

24 Eylül 2016

6:24 pm


24/09/2016 [22:22]: xeber –
Bizimyol.info saytında ölkədə cinayətkarlığın statistikası təhlil olunub və maraqlı müqayisələr aparılıb. Məsələn, iddia olunur ki, cinayətlətin sayındakı artım birbaşa ölkədəki işsizliklə bağlıdır. Keçən il on min işsiz cinayət törədib, əgər onlar işlə təmin olunsaydı, o sayda cinayət az törədilərdi. Yaxud iddia olunur ki, son 11 ildə məhkəmə və hüquq – mühafizə orqanlarına büdcədən ayrılan vəsait 4,7 dəfə artdığı üçün cinayətkarlıq ən azı 5 dəfə azalmalı idi, amma biz bunu görmürük…Odur ki, sayt – ın əməkdaşı saytın iddialarına münbasibət bildirmək üçün Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsini üzvü, BAXCP sədri Qüdrət Həsənquliyevə müraciət edərək ondan aşağıdakı cavabı alıb:”Bu cür təhlil onu aparan şəxsin ən azından kriminologiya elmindən xəbərsiz olmasından xəbər verir. Çünki işsizlik cinayətin törədilməsinə təsir etsə də onunla birbaşa əlaqəli deyil. Həmin məntiqlə gərək işləyənlər cinayət törətməsin. Bundan başqa məhkəmə və prokururluq orqanlarında orta əmək haqqı polisdən xeyli artıqdır.Həm də “əmək haqqı neçə dəfə artıbsa cinayətlərin sayı da o qədər azalmalıdır” yanaşması heç bir sağlam məntiqə sığmır. Əvvəla qeyd edim ki, hər yuz min nəfərə düşən polislərin sayına görə Azərbaycan (250 nəfər) dünyada axırıncı yerlərdən birini tutur. BMT – nin qimətləndirməsinə görə cinyətkarlıqla effektli mübarizə üçün bu say ən azı 300 nəfər olmalıdır. Müqayisə üçün bildirim ki, bəzi Qərbi Avropa ölkələrində bu rəqəm 400-450 nəfərə çatır. DİN-də əmək haqqı artımından sonra polis nəfəri 420, zabitlər isə orta hesabla 480 manat əmək haqqı alır. Bu rəqəm Qərb ölkələri ilə müqayisədə xeyli azdır. Onu da nəzərə alsaq ki, polislər həyat üçün yüksək riskli fəaliyyətlə məşğuldurlar və sutkada 10-12 saat çalışırlar, onda onların nə qədər fədakarlıq etdiyi bəlli olar. Düşünürəm ki, onların əmək haqqı daha da artırılmalı və devalvasiya nəzərə alınmaqla mütləq indeksləşdirilməlidir. Cinayətlərin sayının artımına gəldikdə isə təəssüflə qeyd etməliyəm ki, hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə cinayətlərin sayı artır. Tək bir misal çəkim, ABŞ da 2015 – ci ildə qəsdən adamöldürmə cinayətlərinin sayı 2014 – cü illə müqayisədə 6.2% artıb. Ona görə söyləyirlər ki, əsl həqiqət müqayisədə ortaya çıxır. Müasir dövrdə internet vasitəsilə bu rəqəmlər hər kəs üçün açıqdır. Əlbəttə, bizim hüquq – mühafizə orqanları da öz işlərini daim təkmilləşdirməlidir. Həmçinin hökumət keçmiş məhbusların əməyə cəlb olunması üçün daha çox iş görməlidir. Müsbət haldır ki, azadlıqdan məhrum etmə yerlərində ixtisası olmayan məhbuslara müxtəlif peşələr öyrədilir ki, onlar azsdlığa çıxandan sonra iş tapa bilsin”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler