Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Polis”ler müğenninin azerbaycanlı kömekçisine 100 min “atmaq” istediler

18 Eylül 2016

9:00 am


18/09/2016 [12:59]: xeber –
Türkiyədə məşhur müğənni Müəzzəz Ersoyun azərbaycanlı köməkçisi Azər D. özünü polis kimi təqdim edən dələduzların hədəfinə tuş gəlib.Dələduzlar Azər D.-ni Müəzzəz Ersoyla bir arada görərək onu müğənninin oğlu zənn ediblər və aldatmaq qərarına gəliblər. Özlərini polis kimi təqdim edən dələduzlar müğənninin köməkçisinə zəng edərək “biz antiterror polisiyik, bank hesablarınız terror təşkilatının nəzarətinə keçib. Şübhəliləri yaxalamaq üçün 100 min TL yardımınız lazımdır” deyiblər.Lakin Azər D. zəng vuranların polis olmadığını dərhal başa düşüb və onları tora salmaq üçün özünü deyilənlərə inanırmış kimi göstərib. Müğənninin asistenti onlara istədikləri pulu verəcəyini deyib, daha sonra polisə məlumat verib.Asayiş Şöbə Müdirliyinin dələduzluğa və cibgirliyə qarşı mübarizə bölməsinin əməkdaşları əməliyyat qrublar və Azər D.-yə şübhəli ilə təkrar danışması üçün təlimat veriblər. Azərbaycanlı dələduzlara zəng edərək tələb olunan məbləği hazırladığını, İstanbul Etilerdə həmin pulu çatdıracağını deyib. Təyin olunan yerdə onlar görüşüblər və dələduzlar müğənninin asistentinin əlindən pulla dolu torbanı almaq istəyəndə yaxınlıqda pusqu quran polislər onları həbs ediblər.(Virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler