Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Polis ve prokurorluq saxladığı şexslerle bağlı onların yaxınlarını elumatlandırmalıdırmı?

07 Temmuz 2016

12:12 pm


07/07/2016 [16:09]: xeber –
Azərbaycanda polis və
prokurorluq orqanları tərəfindən saxlanılan şəxslərdən bəzən 2-3 gündən sonra xəbər
çıxması, güc orqanlarının həmin şəxslərin yaxınlarını bu barədə bir neçə gündən
sonra məlumatlandırması halları artmaqdadır.

Maraqlıdır, güc orqanları
həbs edilən şəxslərin yaxınlarını operativ şəkildə məlumatlandırmağa borcludurmu?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov Cinayət Prosessual Məcəlləsinə
(CPM) əsasən, saxlanılan şəxslərin bu barədə öz yaxınlarına xəbər vermək imkanı
təmin edilməlidir:

“CPM-nin 153-cü maddəsinə
görə, tutulan şəxslərin hüquqları təmin edilməlidir. CPM-nin 153.2.1-ci maddəsinə görə. tutulmadan dərhal sonra şəxsə
tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək,
müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməlidir. CPM-nin
153.2.4-cü maddəsinə görə isə tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər
vermək hüququ təmin edilməlidir. Qocaların, yetkinlik yaşına çatmayanların və
psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti
saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir.  Yəni tutulan şəxsin yaxın qohumlarına xəbər
vermək hüququ təmin edilməlidir. Lakin təəssüflər olsun ki, bu tələbə bəzən əməl
edilmir, saxanılan şəxslər haqqında yaxınlarına 3-4 gündən sonra məlumat
verilir. Ancaq qeyd etdiyimiz kimi, şəxsin tutulması ilə bağlı yaxınlarına xəbər
vermək hüququ təmin edilmir”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler