Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Polis eli kitablı üsyançını öldürdü

24 Eylül 2016

10:04 am


24/09/2016 [14:02]: xeber –
sayt xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Şimali Carolina əyalətinin Charlotte şəhərində 43 yaşlı qaradərili Keith Lamont Scottun polis məmuru tərəfindən öldürülməsi anı telefonla lentə alınıb. Hadisədən sonra qaradərilinin ailəsi həmin görüntüləri paylaşıb. Qaradərilinin həyat yoldaşı tərəfindən yayılan görüntülərdə görünür ki, polis qaradəriliyə əlindəki silahı atmaq əmri verir. Ancaq Scottun həyat yoldaşı bildirir ki, onun əlində silah yoxdur. Qadının xəbərdarlığına baxmayaraq polis atəş açıb Skottu öldürür. Hadisələri təxminən 20 metr kənardan izləyən həyat yoldaşı qışqıraraq “Ümid edirəm ki, ölməyib, yoxsa əvəzi ağır olacaq”, “Təcili yardım çağıracam” deyərək qışqırmağa başlayır. Ailəsi verdikləri ilk açıqlamada Scottun əlində kitab olduğunu, ancaq buna baxmayaraq polisin onu ödürdüyünü deyib. Charlotte poli rəisi isə Scottun əlində silah olduğunu, çağırışlara baxmayaraq silahı təslim etmədiyini və buna görə də vurulduğunu bildirib.Yayılmış görüntülərdə isə hansı tərəfin haqlı olduğunu ayırd etmək mümkün olmur. Çünki qaranlıq olduğuna görə, Scottun əlində kitab, yoxsa silah olması aydın görünmür. Xatırladaq ki, hadisəyə görə yüzlərlə insan ədalət və azadlıq şüarları ilə etiraz aksiyasına başlamışdılar. Etirazların çoxalmasına görə şəhərdə fövqəladə hal elan edilmişdi.Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler