Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Polad Bülbüloğlu: “Birce Qarabağ problemini hell etmek qalıb”

12 Ekim 2016

9:48 am


12/10/2016 [13:46]: xeber –
“Putin-Əliyev-Ərdoğan, eləcə də Putin-Əliyev-Ruhani üçtərəfli formatları sülh və sabit region yaratmaq üçün ciddi irəliləyişin olduğunu göstərir”.Azərbaycanın Rusiyadakı səfirliyindən  verilən məlumata görə, bu sözləri səfir Polad Bülbüloğlu “Vestnikkavkaza” agentliyinə müsahibəsində bildirib.Rusiya, Azərbaycan və Türkiyə prezidentlərinin Dünya Enerji Konqresində iştirakını, əldə olunan anlaşmaları və tədbirə dünya ictimaiyyətinin böyük marağını şərh edən səfir deyib ki, təkcə Dağlıq Qarabağ problemi həll olunmamış qalıb: “Bircə Dağlıq Qarabağ problemini həll etmək qalıb. Rusiya və Türkiyə ilə böyük əlaqələri olan bir qardaş ölkə kimi bizi onların münasibətlərində 180 dərəcə dönüş yaranması çox şad edir. Bu gün iki ölkə arasında iqtisadi və mədəni əlaqələr tam həcmdə bərpa olunur. Bununla əlaqədar bir müddət əvvəl televiziya ekranlarından Türkiyəyə və onun prezidentinə hədyanlar yağdıranlara müraciət etmək istərdim. İndi onların tamaşaçılara deməyə sözləri yoxdur. Politoloqlar irəliyə baxmalıdırlar və anlamalıdırlar ki, bu gün Türkiyə, Rusiya, Azərbaycan və İran arasında əlaqələr region və dünya üçün, xüsusilə də müxtəlif güc mərkəzlərinin qarşıdurmasında, çox vacibdir. Mən şəxsən bu görüşü yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, bu, bizim ölkələrimizin qarşılıqlı əlaqələri tarixində yeni dönəmdir”.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler