Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Pisliklere “dur” çağırışı – Mehriban Əliyevanın gülüşü

17 Temmuz 2016

4:16 pm


17/07/2016 [20:15]: xeber –
Türkiyə mətbuatında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında maraqlı yazı qələmə alıb. Birinci xanımım ölkənin inkişafına verdiyi töhfələr, mədəniyyət, təhsil sahəsinə etdiyi diqqət yazıda öz əksini tapıb. sayt həmin yazını təqdim edir.”Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın səmimi, içdən və dinclik verən təbəssümü, dünyanın ən çox ehtiyacı olan təbii gülüş şəklini meydana gətirir. Siyasətlə maraqlanmayan və özünü insanlara kömək etməyə həsr edən Əliyevanın gülüşü, pisliklərə sanki “dur” çağırışı edir. Dünyanın ən gözəl gülüşü, sülh çağırışı ehtiva edən bir simvol, bir kömək əli. Qiymətli oxucularım, bu gün sizlərə Odlar yurdu ölkəsi, dost və qardaş ölkə, bir parçamız, bir digər üzümüz Azərbaycana və hörmətli Mehriban Əliyeva xanıma bağlı düşüncələrimi yazmaq istəyirəm. İllərdən bəri hər Bakı səyahatimdə qurduğum dostluqlar səbəbindən Azərbaycan haqqında daha çox məlumat sahibiyəm. Xüsusilə, Türkiyə-Azərbaycan əlaqələrinin dövlət başçıları səviyyəsindəki müsbət cəhəti, iki ölkə xalqını məmnun etməkdə və qardaşlığımızı gücləndirməkdədir. Sanki bir millət iki dövlət şüarı reallaşmaqdadır. 2016-cı il iyun ayı içərisində Bakıda ilk dəfə reallaşan “Formula 1” yarışları səbəbindən dostlarımın dəvətinə razılıq etdim. Yarışları VİP sahəsindən izləyərkən, çox əhəmiyyətli iki adla qarşılaşdım. Yarışın baş verdiyi bazar günü “Formula 1”-in müdiri Bernie Ecclestone ilə ayaqüstü söhbət etmə fürsətim oldu. Özü, İstanbulda “Formula 1”-i təkrar reallaşdırmaq istədiyini söyləyir. Sıralama turlarının reallaşdığı gündə eyni koridorlarda bu dəfə hörmətli Əliyeva ilə qarşılaşdım. Özlərinə ayrılan sahəyə sürətli addımlarla irəliləyirdi. Xanıma nəzakətlə salam verdim. Xanım, addımlarını yavaşlatdı və zadəgan bir təbəssümlə salamıma cavab verdi. İllərdir yığdığım Bakı təəssüratları və bu hadisə nəticəsində Azərbaycanın inkişaf və inkişafında çox qiymətli fəaliyyətləri olan hörmətli Mehriban Əliyeva xanımla bağlı bu yazını qələmə aldım. Ona təbəssüm etmək çox yaraşır. Onun üzündəki gülüş, bəlkə də dünyanın ən səmimi, ən müşfiq gülüşlərindən biri idi. Onun içdən gülüşü dünyaya sülh, dinclik, dostluq, qardaşlıq, uzlaşma çağırışı, uşaqlara bir ana şəfqəti, pisliklərə isə “DUR” mesajı idi. Kaş ki, dünyada belə gülüşlər çox olsaydı. Kaş ki, dünyada belə gülümsəyən first lady kifayət qədər olsaydı. Belə olsaydı, o zaman müasir dünyamız qanda boğulmaz, sülh dənizində üzərdi. O, torpaq və əhali baxımından çox da böyük olmayan bir ölkə prezidentinin xanımıdır. Amma onun beynəlxalq sahədəki fəaliyyəti, ölkəsini dünya dövlətlərinə olduqca güclü bir şəkildə qəbul etdirir. Bütün bunlar haradan gələ bilər? Bu tükənməz enerji haradan qaynaqlanır? Cavab sadədir: Vətən sevgisi, humanizm və Azerbaycanlılıq. Yoldaşına sədaqət və yoldaşına dəstək. “Ömrüm boyu mənim həyatdakı tək fəlsəfəm belə olub ki, etdiyim yaxşılığı əsla kimsə bilməməli. İndi isə mən bundan az qala məhrumam. First lady olaraq etdiyim bütün xeyir işləri ictimaiyyət ilə paylaşılmaqdadır. Bu vəziyyət çox xoşuma gəlməsə də həyatıma bəzi yeniliklər gətirdi və mən bunu olduğu kimi qəbul edirəm” cümlələri Mehriban Əliyevaya məxsusdur. Xeyirxahlıqdan başlayaraq ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və sənətinin inkişafı, Azərbaycanın beynəlxalq sahədəki imicinin formalaşmasına qədər müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan Milli Məclisinin Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, first lady Hörmətli Mehriban xanım Əliyevanın, boynuna götürdüyü bu çətin vəzifəni lazımınca davam etdirəcəyinə şübhə yoxdur. Bu fəaliyyətləri ilə o, həm insanlara kömək edir, həm də yaxşı və zadəgan bir nümunə olur.Bəzən geri dönüb tarixə baxanda görəcəksiniz ki, qoca dünyanın köhnə dövrlərində hökmü hər yerə çatan Türk hökmdarları ilə birlikdə, onların xanımlarının da sözü təsirli olmuşdur. Çünki cahangir dövlət başçıları, ömrünün böyük hissəsini xarici gəzintilərdə, ağır hərbi səfərlərdə keçirdiyi zaman ölkəyə, məmləkətə sahib çıxacaq ikinci adama ehtiyac duyulur. Hətta sülh dövrlərində, atların bağlı qaldığı, qılıncların qına soxulduğu dövrlərdə belə, hökmdar yoldaşları öz vəzifələrini davam etdirdilər. Xüsusilə bu ənənənin 20-ci əsrdə yox olmağa başlamasının səbəblərini müzakirə yeri bura deyil. Əsas olan zamanın unutdurmağa çalışdığı bu xeyriyyəçi-insani fəaliyyət artıq yeni çöhrələri ilə davam etdirilməlidir. Dünyanın ən gözəl gülüşü, sülh çağırışı ehtiva edən bir simvol, bir kömək əli. Millət vəkili, Azərbaycanın first lady-si, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva: “Mən siyasətlə maraqlanmıram, yalnız insanlara kömək edirəm. Əgər bu siyasət olaraq anlamına gəlirsə buyurun, elə düşünün” deyə fikrini hər dəfə təvazö ilə ifadə edir. Amma gerçək budur ki, xeyriyyəçiliyi, yəni insanlara qarşılıqsız yardımın özü də ən təsirli siyasətdir.Heç şübhəsiz , asan görünməyən işləri reallaşdırmaq təsadüf deyil. Heydər Əliyev Fondunun fəaliyyət sahələri təsbit edilərkən buraya təhsil, mədəniyyət, səhiyyə, idman və ictimai sahələr daxil edildi. Bunlar xanımın xüsusi bacarığı ilə oldu. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında həyata keçirilən siyasətin təməlində Azərbaycan insanının olduğunu vurğuladı. Ölkənin birinci xanımı Hörmətli Mehriban Əliyeva bu məqsədin məsuliyyətinin əhəmiyyətli bir qisimini boynuna götürdü. Azərbaycan, Hörmətli Mehriban xanım Əliyevanın sayəsində Avropanın özünə istiqamətli ənənəvi “anlaşılmaz Şərq” baxışını kökündən dəyişdirdi. Qərb ictimaiyyəti Şərqdə dövlət başçılarının yoldaşlarının daha çox kölgədə qalmağı seçim etdiyini düşünür. Lakin Əliyeva bu tilsimi qıraraq prezidenti-first lady oxunun ölkənin ictimai və sosial həyatında fəal rol oynadığını gözlər önünə sərdi. Bütün dünya bir daha gördü ki, first lady, prezident cənab İlham Əliyevin izlədiyi siyasi xəttin ictimai mesajlarını cəmiyyətə ötürməklə birlikdə, problemlərin həllində də birbaşa iştirak edir. Bu iki insan, əslində, ahəngli bir şəkildə ortaq bir strategiyanı həyata keçirir. Hörmətli Mehriban Aliyeva, qəlibləşmiş siyasi sözləri və ifadələri istifadə etmir. O, mədəniyyət və sənətdən faydalanır. Bu səbəblə, Avropa quruculuğuna dair ətraflı məlumata sahib bir first lady ilə qarşılaşmış olan Qərblinin marağını Azərbaycana çəkmək daha asan olur. Qərb ictimaiyyət azərbaycanlı xanımın intellektual səviyyəsini görüncə heyranlığını gizləmir, Azərbaycana yenidən baxmağa başlayır. Nəticədə bu Azərbaycan həqiqətlərinin qəbul edilməsinə, ölkənin ətrafındakı ünsiyyət mühasirəsini aradan qaldırmağa imkanı təmin edir. First lady ölkəsinin həqiqətlərini, Qarabağ dərdini, Xocalı soyqırımını bax bu üsulla, dünyanın qəbul edəcəyi şəkildə izah edir”.Türkiyəli həkim, publisist İlkər Ərdoğan




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler