Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Pirallahi sakinlerine sad xeber

01 Aralık 2016

2:28 pm

– xeber –
Dövlət Proqramı çərçivəsində Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən yeni avtomobil körpüsünün tikinti-quraşdırma işləri artıq tamamlanıb və yeni asfalt örtüyü çəkilib.
Pirallahı rayon icra hakimiyyətindən Axar.az-a bildirilib ki, rayonda avtomobil körpüsünün inşası ilə əlaqədar kommunikasiya xətləri köçürülür, mövcud köhnə xətlər yenisi ilə əvəz olunur.
Məlumata əsasən, Pirallahı qəsəbəsinin daxilində ümumi uzunluğu 8,5 kilometr olan mərkəzi yolda əsaslı təmir işləri davam etdirilir, asfalt örtüyünün çəkilməsi işləri aparılır.
İşıqlandırma dirəklərinin və səki daşlarının quraşdırılması işləri görülür. Yolkənarı torpaq qatı qazılaraq çıxarılır, əvəzində yol geyiminin əsası və asfalt örtüyünün alt layı döşənərək hərəkət hissəsi genişləndirilir. Paralel olaraq mərkəzi yolboyu yeni müasir tipli avtobus dayanacaqlarının quraşdırılması, məhəllədaxili yollarda isə asfalt örtüyün çəkilməsi işləri yerinə yetirilir.
Eyni zamanda, rayon ərazisində yerləşən 30 yaşayış binasının fasadları və dam örtüklərində təmir-tikinti işləri davam etdirilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler