Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Pilotsuz uçaq suda batanları xilas edir – VİDEO

02 Ekim 2016

10:52 am


02/10/2016 [14:50]: xeber –
Almaniyada suda batan insanları xilas etmək üçün  istifadə olunacaq pilotsuz uçaqlar (dronlar) sınaqdan çıxarılıb. sayt bu haqda Ukrayna mediasına istinadla yazır.    Layihə müəllifləri hesab edirlər ki, batanları vaxtında xilas etmək üçün operativlik çox əsasdır. Çox vaxt qurudan  xilasediclilər hadisə yerinə çatınca  nəinki uşaq, hətta  böyük yaşlılar suyun üzərində qala bilmir və batırlar. Digər tərəfdən, batanlar suyun ortasında, sahildən uzaqda  olduqda onlara köməkçi vasitələri tez çatdırmaq  da çətin olur.  Hər dəfə helikopter qaldırmaq və müəyyən olunmuş yerə göndərmək də problemə çevrilir və baha başa gəlir. Lakin xilasedicilərin əlində dronlar olsa, iş  tezləşər, asanlaşar və ucuzlaşar. Sınaq zamanı  dron “batanlar” olan yerə göndərilir və onlara göydən xilasedici hava yastıqları atır. Yastıqlar özləri açılır və dolmuş vəziyyətdə suya düşür. Həmin yastıqların köməyi ilə batanlar xilasedicilər gələnədək suyun üzərində qala bilirlər.  Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler