Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Peyğember(s) qadağasının pozulması xerçeng yaradır – TƏHLÜKƏ

28 Temmuz 2016

11:28 am


28/07/2016 [15:25]: xeber –
Son vaxtlar dünyada və planetin bir parçası olan Azərbaycanda da  bədənə əcaib formalı və müxtəlif  döymələr(tatu, “nakolka”) döydürmək dəbi genişlənməkdədir. Tibb alimləri sübut ediblər ki, döymələrdə istifadə olunan kimyəvi tərkibli rənglər dəridə xərçəng xəstəliyi yarada bilər. sayt-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Helsinkidə yerləşən Avropa Kimya Agentliyi bu nəticəyə bədənində döymə daşıyanlar üzərində bir neçə il aparılmış tədqiqatlar sayəsində gəlib.İslam normalarına görə,  döymə haram və qadağandır. Çünki hələ 14 əsr öncə Allahın rəsulu Məhəmməd əleyhissəlam bəzi hədislərində  öz bədənlərinə döymə vurduranları və bu işi görənləri lənətləmiş, insanlara bu mənasız adəti qadağan etmişdir. Bu gün də mütəxəssislər müəyyən ediblər ki,  tatuların vurulması üçün işlədilən boyalar tam toksik, yəni zəhərli olduğundan allergiyadan tutmuş xərçəngədək bir çox xəstəliklər törədə bilər. Ən zəhərli isə qırmızı boyalar sayılır. Onun ardınca göy, yaşıl və qara rəngli boyalar gəlir. Hələ 2013-cü ildə  İngiltərənin Bredford universiteti əməkdaşları sözügedən rəngləyicilərin tərkibində insan bədənindəki əsas zülal olan kollageni parçalayan çoxlu toksinlərin olduğunu sübut ediblər.   Kimya  Agentliyi tezliklə  döymələrdə işlənən boyaların  tərkibindəki şübhəli komponentlərin siyahısını dərc edəcək. Qərb mütəxəssisləri döymə məsələsi ilə təsadüfən maraqlanmayıblar. Təşəbbüs ingilis alimlərindən gəlib. Məsələ bundadır ki,  dərinin altına yeridilən tatu rəngləyicilərinin hazırlandığı maddələr Britaniyada hələ də qanuna uyğun olaraq lisenziyalaşdırılmamışdır.Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler