Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Peyğemberlik meqamına yükselmeyin – SİRRİ AÇILDI

22 Haziran 2016

12:24 pm


22/06/2016 [16:20]: xeber –
 “… Səni də yalnız (möminlərə ) müjdə verən və (günahkarları cəza ilə) qorxudan sifəti ilə göndərdik”. “Quran”, 17:105.Peyğəmbərlik haqqında  Yer əhlinin təsəvvürləri tamamilə yanlışdır. Peyğəmbərlik kamilliyin sonuncu mərhələsidir. “Quran” məntiqinə görə bu mərhələ (məqam) heç kəsin üzünə qapana bilməz. Sadəcə, bu mərhələyə yüksəlmək insandan iradə və cəsarət tələb edir. İnsan bir məqama layiq olarsa Allah o məqamı həmin bəndəsindən əsirgəməz. Əks halda bu ədalətsizlik olardı ki, bu da ədalət sahibi olan Rəbbimə yaraşmaz. Biz bir məqama layiq deyiliksə, bu o demək deyil ki, daha o məqama heç kəs layiq deyil və  yüksələ bilməz!Bu ona bənzəyir ki, abutiryent universitetə qəbul olmaq üçün lazım olan balı toplaya, amma ona deyələr ki, sən filan ildə, yaxud filan yerdə doğulmusan, filan millətdənsən sənə olmaz. Belə ədalətsizliyi Allahdan gözləyirsizmi? Şəxsən mən gözləmirəm və bunun belə olmadığını da çox gözəl bilirəm!Sual edirəm: biz nə vaxt peyğəmbərlərin etdiyi əməlləri təkrarladıq, onların əxlaqına, imanına, səxavətinə sahib olduq, Allah bizi onların məqamına yüksəltmədi?İş orasındadır ki, biz peyğəmbərlərin əməllərini təkrarlamırıq, bir-birimizi istismar edirik və topladığımız haram pulla gedib vəhabilərin məskənini ziyarət edirik ki, qayıdanda bizə “Hacı” deyib, başa keçirsinlər (daha bilmirik ki, bu əsrin ikinci Qur(b)an bayramından etibarən İslamın mərkəzi olmaq statusu ərəblərdən alınıb…), sonra da deyirik ki, indi heç kəs Peyğəmbərlik məqamına yüksələ bilməz…Quranda yüzlərlə ayə vardır ki, istənilən adamın bu məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə işarə verilir:”Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” Quran, 16:2.Bu və digər ayələrdə Allah-təala istədiyi bəndəsinə vəhv göndərə biləcəyinə, istədiyi bəndəsini özünə xəbərverən seçə biləcəyinə açıq-aşkar işarə verir.İstəyirsiniz Quranı dərk etməyin, peyğəmbərlik məqamına yüksəlməyin sirrini sizə açım (hansı ki, indiyədək bu barədə danışmamışam):- İndiyədək etdiyiniz günahlara görə tövbə edin;- Təkəbbürdən və lovğalıqdan uzaq olun,- Sadə həyat tərzi keçirin;- Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol göstərməyə çalışın və özünüz buna nümunə olun;- Əxlaqınızı saflaşdırın və Qurana uyğunlaşdırın;- Quranı oxuyarkən orada mötərizə arasında (“Ya Məhəmməd”, “Ya Peyğəmbər”) yazıldığını gördüyünüz zaman xəyalən mötərizə arasında öz adınızı təsəvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul edin və onu yerinə yetirməyə çalışın.Quranda münafiqlərdən, kafirlərdən bəhs edərkən və tərcüməçilər mötərizə arasında ad çəkdikcə, siz o adın yerində tanıdığınız bu xarakterli adamların adını təsəvvür edin. Onda Quranı tam dərk edəcəksiniz və tanıdığınız yaxşı-pis bütün insanarın obrazlarını bu kitabda görəcəksiniz.Bir müddət belə (Quranın buyurduğu kimi) yaşadıqdan sonra görəcəksiniz ki, “Quran”ın bütün ayələrini vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil) obrazlardan biri olduğunuza əmin olacaqsız (sonra gələrsiniz, söhbət edərik).Bir məqamı da diqqətinizə çatdırım ki, “Quran” 114 surədən ibarətdir və sonuncu – 114-cü surəsi “İnsanlar” adlanır.  Deməli, 114 ədədi tək “Quran” rəmzi olmayıb, həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitabda bütün növ insanların obrazları verilib. Bu obrazların hamısının (həm peyğəmbərlərin, həm firoonların, nəmrudların) prototipləri hər zaman cəmiyyətdə görünüb, görünür və qiyamətədək də görünəcək! Heç özünüzə sual vermisinizmi ki, “Quran”ı vəhy şəklində qəbul edən Əhmədə niyə müqəddəs kitabda “Məhəmməd” deyə xitab olundu? Sualın cavabı budur ki,  nə qədər ki, kamilləşməmişdi, Əhməd idi, kamillik məqamına yüksələndən sonra artıq Məhəmməd oldu.  (Bütün peyğəmbərlərə Allahın Salamı olsun!) Yəni, Məhəmməd “Quran”da kamillik simvoludur. Yer üzərində keçmişdə, indi və gələcəkdə yaşayacaq bütün kamil insanların simvoludur. Allah bu məqama yüksəlməyi hamımıza nəsib etsin. Amin.“Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verənlər və (zalımları) qorxudanlar (xəbərdar edənlər) olaraq göndərdik”.  “Quran”, 18:56Allahın aciz qulu: Paşa YaqubYazarın arxivi:http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler