Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Peyğemberleri ittiham eden Vüsal Memmedov özü doğruları demir”

05 Temmuz 2016

7:40 am


05/07/2016 [11:38]: xeber –
Keçdiyimiz günlər Vüsal Məmmədov dinə və Peyğəmbərlərə qarşı həqiqətə və doğru dini qaynaqlara əsaslanmayan fikirlər söyləyib. Bu yazım onun açıqlamalarında yer almış və dinə, inanclı insanlar üçün müqəddəs sayılan Peyğəmbərlərə qarşı yer alan yanlış iddialara cavabdır.İddialardan biri dində insanın mənəviyyatına və daxili aləminə xitab edəcək heç bir məlumatın olmadığı iddiasıdır. Bu mövzuda Quranda yer alan nəfslə mübarizəyə aid ayələrin çoxluğuna diqqət çəkmək istəyərdim. Nəfslə mübarizə məhz insanın daxili aləmini zənginləşdirən, ona güclü mənəviyyat qazandıran ən böyük amildir. Allah Quranda insanların ən gözəl davranışlar etməsini, öz əleyhlərinə olsa belə, hər zaman haqqı söyləmələrini əmr edir. İnsanın cəmiyyətdəki digər insanlara qarşı münasibət və davranışları da məhz insanın mənəviyyatı ilə bağlıdır. İnsan mənəviyyatı onun davranışlarını müəyyən edən dəyərdir.Müsahibədəki digər bir iddia isə, dinin VII əsrdə qaldığı, yenilənmədiyi üçün bu müasir dövrə xitab edə bilməyəcəyidir. Ancaq Vüsal Məmmədov unudur ki, yuxarıda da vurğuladığım kimi, din insan mənəviyyatına xitab etdiyi üçün hər zaman yeniliyini qoruyur. Dinin hər zaman yeni qalması da məhz insan nəfsinin istəklərinin heç zaman dəyişməməsinə görədir. Çünki insanın yaradılışdan etibarən mahiyyəti dəyişməmişdir ki, dinin də mahiyyəti dəyişsin. Nəfs və vicdandan ibarət olan insanın nəfsinin istəkləri və vicdanının doğruya səsləyən səsi VII əsrdə də, indi də dəyişməmişdir. Dəyişən sadacə texnologiya və elmin müxtəlif sahələridir ki, bunların da yenilənməyə, həqiqətən, ehtiyacı vardır. Quran hər zaman bu məsələdə elmin inkişafına yol göstərmişdir. Elm və texnologiyada baş verən inkişaf isə, heç bir zaman dinə zidd fikirlər meydana gətirməmiş, əksinə, Quranda bildirilən elmi məlumatların doğruluğunu təsdiq etmişdir. Buna misal olaraq, Quranda kainatın genişlənməsi haqqında yer alan məlumatı göstərə bilərəm. Elm 20-ci əsrin başlarına qədər kainatın sonsuzdan bəri var olduğunu və sabit, yəni dəyişməz modelə malik olduğunu iddia edirdi. 20-ci əsrin əvvəllərindən başlayaraq inkişaf edən elm və texnologiya tərəfindən isbat edildi ki, kainat sıfır həcmində nöqtədən bir anda böyük bir partlayışla yaranmış, daha doğrusu yaradılmışdır. Göründüyü kimi, elm inkişaf edərək Quranda bizə bildirilən məlumatları təsdiq etmişdir. Təbii ki, Quran nə fizika, nə də astronomiya kitabı deyil. Quran insana yaradılış məqsədini açıqlamaqla bərabər, ancaq ümumi elmi məlumatların da bildirildiyi, elmə yol göstərən ilahi kitabdır. Nəticə olaraq, Vüsal müəllimin də qəbul etməsi lazımdır ki, dinin yenilənməyə ehtiyacı yoxdur.Təkamül məsələsinə gəlincə, təkamül nəzəriyyəsinin insanın meymundan təkamül etdiyini iddia etməsini danmaq lazım deyil. Təkamül nəzəriyyəsi canlıların tək ortaq əcdadlarının olduğunu, bütün canlıların da təkamül qaydasına uyğun olaraq yarandığını iddia etməkdədir. Lakin iddia edilən təkamül prosesi zamanı çox sayda ara-keçid növlərinin olması lazımdır. Bu gün isə Vüsal bəyin iddiasının əksinə olaraq, tək bir ara-keçid növünün qalıntısı ortada yoxdur. Bu gün mövcud olan canlıların milyonlarla qalıntısı olduğu halda, qat-qat çox olması lazım gələn xəyali ara-keçid növlərinin bir dənəsinin belə qalıntısı yoxdur. Vüsal bəy iddia edir ki, var. Lakin bu, sadəcə sözdür. Varsa, onları bizə göstərsin. Biz əlimizdə olan təkamülü yalanlayan qalıqları hər yerdə nümayiş etdiririk. Vüsal bəyin müsahibəsində öz elmi əsərləri ilə təkamül nəzəriyyəsinin dünya səviyyəsində yalan olduğunu isbat edən Adnan Oktar haqqında dediyi fikirlər isə, həqiqətdən uzaqdır. Harun Yəhya kitablarında təkamül nəzəriyyəsinin elmi olaraq süqut etməsi elmi faktlarla isbat edilir. Bu səbəbdən, yazarın elmi təhrif etdiyini söyləmək heç bir fakta əsaslanmır. Kitabları oxuyan hər kəs, əslində, Darvinin təkamül nəzəriyyəsinin heç bir elmi əsasa söykənməyən xəyal məhsulu olduğunu asanlıqla görür. Yaşları milyon illərlə ölçülən daşlaşmış canlı qalıqlarının rəsmlərinin olduğu çoxcildli “Yaradılış atlası” qarşısında Darvin nəzəriyyəsinin müdafiəçiləri susqunluğunu davam etdirir. Susqunluğun səbəbi isə, Atlasda rəsmləri yer alan hər canlı qalıntısının müasir nümunəsinin olduğu halda, təkamülçülərin iddia etdiyi ara-keçid növlərinə aid tək bir qalıntı olmamasıdır. Onsuz da, tamamilə xəyal məhsulu olan ara-keçid canlısı məfhumu sadəcə rəsmlərdə yer alan xəyal məhsulundan başqa bir şey deyil. Əlbəttə ki, belə olduğu üçün bu günə qədər təkamülçülər heç bir ara-keçid adını verdikləri canlı qalıntısı ortaya çıxara bilməyiblər.Müsahibədəki digər bir iddia isə Quranda səmimiyyətsiz insanlara qarşı Allahın istifadə etdiyi guya “təhqir üslubu”dur. Quranı diqqətlə oxuyub düzgün analiz edən hər insan Qurandakı bu üslubun, əslində, həqiqəti bilmədiyi halda inkar edən və ya başqa bir fikri həqiqət olaraq qəbul etdiyinə görə dinsiz olan insanlara qarşı olmadığını görər. Bu üslub, əsasən, haqqı bildiyi halda onu gizlədən səmimiyyətsiz insanlara qarşı istifadə edilmişdir. Quranda kafirlərə qarşı “ürkmüş eşşək” ifadəsi də bu qəbildəndir. “Kafir” kəlməsi ərəbcədə “gizlədən”, “örtən” mənasına gəlməkdədir. Hətta “kafir” kəlməsi ərəbcədə toxumu torpaqda örtdüyünə görə əkinçilər üçün də istifadə edilən sözdür. Quranda haqqı bildiyi halda, onu örtən,  gizlədən səmimiyyətsiz insanlar kafir adlandırılır. Səmimiyyətsizliyindən dolayı da Allah onları “ürkmüş eşşəyə” bənzətməkdədir. Haqqı bildikləri halda, gizlətdiklərinə görə hər zaman haqqın ortaya çıxacağının verdiyi ürkəkliklə yaşadıqları üçün Allah onların bu ürkəkliyinə də diqqət çəkməkdədir. Bu üslub Quranın bir başqa ayəsində dini gözəl bildiyi halda, səmimiyyətsiz davranışlarıyla seçilən insanlara qarşı “kitab yüklü eşşək” şəklində istifadə edilmişdir. Yəni Allahın səmimi insanlara qarşı belə bir üslubu olmadığına görə, inancları nə olursa olsun, səmimi insanların bu üslubdan narahat olmamaları lazımdır.Vüsal bəyin başqa bir iddiası isə bir alimin vəhyi qəbul etməsi halında, onun artıq elmi olmaqdan çıxması iddiasıdır. Ancaq Vüsal bəyin müsahibəsində dahi elm adamı olaraq adlandırdığı Eynşteyn ilahi vəhyə inanırdı. Eynşteynin məhşur sözlərindən biri- “dinsiz elm topaldır” fikri isə Vüsal bəyin çox böyük səhvə yol verdiyini göstərir. Biz ilahi vəhyə inanan alimlərin siyahısına Blez Paskal, İsaak Nyuton, Qreqor Mendel, Lui Paster və adını yazmadığımız onlarla görkəmli elm xadimlərinin də adını əlavə edərək bu siyahını uzada bilərik. Elmin inkişafında ən böyük rolu olan alimlərin böyük əksəriyyəti vəhyə inanırdı və onların inanclı insanlar olması inkar edilməz bir həqiqətdir.Vüsal bəyin “araşdırdıqca gördüm ki, dinin bütün tərəfləri haqsızdır” cümləsinin isə şərhə ehtiyacı yoxdur. Bu, sadəcə ortaya deyilmiş boş sözdən başqa bir şey deyil. Sözü deyəndə, gərək insan sözün çəkisini də nəzərə alsın. Vüsal bəy Quran oxumağın çox narahat olduğunu bildirir. Quran oxuyarkən, əslində, Vüsal bəyin narahat olması qədər normal heç nə ola bilməz. Bu, Quranı oxuduqca Allahı qəbul edə bilməmənin ona verdiyi vicdani narahatlıqdır.Qurandakı fikirlərin natamam olması ilə bağlı iddia isə çox əsassızdır. Quranda buna dair göstəriləcək tək bir misal yoxdur. Quranın üslubu hər insanın rahatlıqla başa düşəcəyi şəkildədir. Quranda keçən bütün əhvalatlar və elmi məlumatlar öz təsdiqini hər zaman tapmışdır. Quran insanlara yaradılış məqsədlərini, həyatı, ölümü, ölümdən sonra baş verəcəkləri ən sadə üslubda anlatmaqdadır və Quranda bitməmiş fikir yoxdur. Quranın dərin mənalarının olmadığını deməsi isə, həmin insanın Quran haqqında məlumatının nə qədər səthi olmasından xəbər verir.Vüsal bəyin din adına qəbul etmədiyi bəzi fikirlər isə, Qurana deyil, əsas etibarilə, ya xurafatlara, ya da dinə düşmən insanlar tərəfindən dəyişdirilmiş Tövrata əsaslanır. Bəlkə də, Tövratda Peyğəmbərlərə qarşı atılan iftiralar Vüsal bəyin “din insanlara əxlaq öyrədə bilməz” fikirlərini əsaslandırmaq baxımından işinə yarayır. Vüsal bəy özü də müsahibəsində vurğulayır ki, “Tövrat bu baxımdan mənim üçün maraqlıdır”. Lakin Quran Tövratda Peyğəmbərlər haqqında sonradan əlavə edilmiş iftira dolu sözlərin heç birini qəbul etmir. Çünki Quran insest əlaqəni də, homoseksuallığı da qadağan etmişdir. Dinin təməl əxlaqi hökmləri isə, demək olar ki, bütün ilahi kitablarda birdir. Əxlaq yaradılış məqsədinə uyğun davranışa verilən addır. Quran dəyişdirilmədiyi üçün əxlaqın əsas mənbəyidir. Quranın Peyğəmbərimizin vəfatından sonra kitab şəklinə salınması isə, heç bir şəkildə Qurandan hansısa ayələrin çıxarılmasına dəlalət etmir. Quran dəyişilmiş olsa, onun mütləq müxtəlif versiyaları mövcud olmalı idi. Bu səbəbdən, Vüsal bəy özü də belə bir iddianı isbat etməyə heç bir sübutun olmadığını etiraf edib.Maraqlıdır, görəsən,Vüsal bəy nə üçün əxlaq mənbəyi saydığı ateist düşüncənin  hakim olduğu cəmiyyətlərdə insest münasibətlərin, homoseksuallığın mübah görülməsinin, hətta bunu dünyada yaymaq üçün təşkilatlar qurulmasının gətirdiyi əxlaqi degenerasiyadan söhbət açmır? Ancaq Lut əleyhissalam haqqında Tövrata əlavə edilən iftiralardan sanki həqiqət kimi arqument gətirir. Halbuki gördüyü, şahid olduğu ateizmin səbəb olduğu əxlaqi degenerasiyadır, hz. Lut haqqında Tövrata əlavə edilən uydurmalar yox.Müsahibədə toxunulan bir başqa mövzu isə, niyə şeytanın var olmağı, nə üçün dünyada ancaq yaxşıların yaradılmaması və cəhənnəmdə günahları səbəbindən insana veriləcək olan cəzanın çox şiddətli və ağır olmasıdır. Bu mövzuya çox zaman Qurndan kənar yanlış məlumatlara əsaslanaraq verilən cavablar insanları qane etməməkdə, əsas məqsəd izah olunmamaqdadır. Bu elmi bir həqiqətdir ki, beynimizin içində bizə göstərilmiş bir dünyada yaşamaqdayıq. Hər nə qədər gördüklərimizin beynimizin xaricində olan varlıqların surəti olduğu söylənsə də, biz heç bir zaman beynimizin içindəki dünyadan kənara çıxmırıq. Heç bir zaman üçün insanın beş duyğu üzvündən kənara çıxaraq “həqiqi dünya”nı görməsi mümkün də olmayacaqdır. Elə isə, beynimiz içində daha gözəl əxlaqa sahib olmamız üçün bizə göstərilən dünyada şeytanın və pislərin varlığına təəccüblənməməliyik. Bütün bunlar insanın ona göstərilən görüntülərlə təlimdən keçməsi üçündür. İmtahan dediyimiz bu təlim bizi yetişdirir və inkişaf etdirir. Cəhənnəm və orada yaradılan və sonsuz əzaba məhkum olanlar da insana göstərilən varlıqlardır. Cəhənnəmdə əzab çəkdikləri bildirilən varlıqların onu hiss edəcək ruhları olmaz. Ancaq Allah inanan qullarına onları əzab çəkirmiş kimi göstərəcəkdir. Yoxsa Allah bir çox ayələrdə qullarına zülm edən olmadığını bildirməkdədir. Qurandakı bu dərin sirr və mənaları bilmək üçün isə elm sahibi olmaq lazımdır.Ateistlər də daxil olmaqla, bir çox insan İslamdan tamamilə fərqlənən və xurafatlardan ibarət dini yanlış olaraq Qurandakı dinlə qarışdırırlar. Lakin bu iki din arasındakı fərq müqayisə edilməyəcək qədər böyükdür. Diqqətlə baxıldığı zaman sənətə, elmə, müasirliyə, qadın azadlığına qarşı çıxan və yüzlərlə haramları, hökmləri olan, asma, kəsmə, kin və nifrətdən ibarət xurafatların heç birinin Quranda olmadığı görüləcəkdir. Qurandakı İslam dinindən, irqindən, düşüncəsindən aslı olmayaraq, hər kəsin azad şəkildə yaşayacağı ən gözəl həyat modelidir.Ramiq Vəliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler