Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Peyğemberler sehv edibmi? -MARAQLI

15 Temmuz 2016

3:24 pm


15/07/2016 [19:22]: xeber –
“Quran müqəddəs deyil, adi kağız parçasıdır” iddiasını irəli sürənlər həm də iddia edirlər ki, Allahın insanlara göndərdiyi peyğəmbərlər (ə) də günah əhlidirlər, günahkardırlar. Əlbəttə bu iddia batil olmaqla yanaşı həm də Qurana ziddir. Çünki, Quran bütün peyğəmbərləri günah və xətadan pak bilir. (Bu haqda gələcək mövzularımızda toxunarıq.)Bu cür səhv düşüncə və təfəkkür ona görə bəzilərini əsir alıb ki, onlar təəssüf ki, hələ də peyğəmbərləri tanımayıblar. Hər bir peyğəmbərdə olması vacib olan, sifətlər vardır ki, onları aşağıdakı kimi sıralaya bilərik;1. Sidq – Doğruluq. Bütün peyğəmbərlər doğru danışan olublar. Peyğəmbərlər heç bir halda, hətta zarafat halında da yalan danışmayıblar. Allah Rəsulunun bu mənaya gələn bir hədisi vardır. O həzrət buyurur: ““Mən zarafat edirəm, amma haqq sözdən başqa söz demirəm” (Tirmizi, Birr – 57)2. Əmanət – Bütün peyğəmbərlər əmanətdardırlar. Heç bir halda, hətta düşmənlərinə də xəyanət etməzlər.3. Fətanət – Bütün peyğəmbərlər ağıl və idrakda ən kamil olanlardır. Bunun əksi axmaqlıqdır ki, bütün peyğəmbərlər bu sifətden çox-çox uzaqdırlar.4. Təbliğ – Bütün peyğəmbərlər Allahın onlara nazil etdiklərini ən kamil şəkildə təbliğ edib, insanlara catdırmışlar. Hətta bu yolda, işgəncələrə məruz qalıb, Allah yolunda şəhid olsalar belə.5. İsmət- İsmət yəni – peyğəmbərin məsumluğu, onun günahdan pak olması, günah və xətalardan uzaq olması. Bütün peyğəmbərlər günahdan və xətalardan uzaqdırlar.Bütün peyğəmbərlərdə İsmət sifəti olduğu halda, hələ də kimsə peyğəmbərlərə günah nisbət verirsə, onda o, ya bu İsmət sifətini dərk edib qavramır, ya da ki, məsələni bilərəkdən təhrif edir.Biz keçən mövzumuzda qeyd etdik ki;1. Allah müqəddəsdir.(Həşr 23, Cümə 1)2. Mələklər Allahı müqəddəs hesab edir. (Bəqərə 30)3. Hz Cəbrayılın (ə) müqəddəs adlandırılması – (Bəqərə 87, 253, Maidə 110, Nəhl 102)4.Məkanın müqəddəs adlandırılması. (Taha 12, Naziat 16)5.Torpağın, ərazinin müqəddəs adlandırılması (Maidə 21)Bütün bunlardan məlum olur ki, vəhyin nazil olduğu ərazi və yerlər ilahi vəhyə xatir müqəddəs olur. Maraqlıdır bəs necə ola bilə bilər ki, o vəhyin nazil olduğu qəlb, vücud müqəddəs – yəni pak (bütün xəta və günahlardan) mübarək, bərəkətli olmaya? Allah günaha aludə olmuş bir vücuda öz pak ayələrini nazil edərmi? Əsla!Bu cür çox sadə üsulla da anlamaq olur ki, peyğəmbərlər günah və xətalardan uzaqdırlar.Peyğəmbərlərin günahsızlığını, əhli sünnənin fiqh kitablarında da aydın şəkildə görmək mümkündür ki, bu haqda video çarxmızda sizlərə məlumat vermişdik.Daha ətraflı bax: https://www.youtube.com/watch?v=vAo0n7SrBNE




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler