Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Peyğemberin dövründe Mekke bele idi  – Fotolar 

20 Ağustos 2016

9:12 am


20/08/2016 [13:09]: xeber –
Miladdan əvvəl 610-cu illər. Ortada bütün gözəlliyi ilə Kəbə. Kəbənin düz yanında zəmzəm quyusu. Az irəlidə peyğəmbərin doğulduğu ev. Bir qədər arxada isə evləndikdən sonra Xədicə ilə birlikdə yaşadığı ev. Kəbənin digər tərəfində Hz. Əbubəkr və Hz. Ömərin evləri. Səfa ilə Mərvə. Darül Erkam, Darun Nedve.sayt xəbər verir ki, bütün bunlar Məkkədə Hira Maket Mərkəzində sərgilənir. Mərkəzdə peyğəmbərimizin dövründəki Məkkə əks etdirilib.Hira mağarasının ətəklərində qurulan muzeydə Həzrəti Peyğəmbər dövrünün evləri, təpələri, yolları və həyat şərtləri maket və fotoşəkillərlə gələn ziyarətçilərə təqdim edilir. Maketdə Kəbə və ətrafı olduğu kimi göstərilməyə çalışılıb.Mütəxəssislər hədislərə əsasən 1400 il əvvəl peyğəmbərin yaşadığı evi olduğu kimi yenidən qurublar. Bu ev bir otaqdan ibarətdir, damı ağac budaqlarından hazırlanmış həsirdəndi. Evdə cəmi bir neçə mətbəx əşyası var. Peyğəmbərin təvazökar həyatını nümayiş etdirən ev ziyarətçilər üçün bir ibrət səhnəsinə çevrilir.Həmçinin Hz. Məhəmmədin Mədinə şəhərindəki evinin və o dövrdəki Peyğəmbər Məscidinin maketi dı nümayiş olunur.Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə gəlişindən dərhal sonra palçıq və xurma budaqlarından hazırlandığı deyilən,  Ayşə ilə birlikdə yaşadığı bu evin kiçikliyi ziyarətçiləri təəccübləndirir.Hədislərdə Ayşə “Birimiz istirahət edərkən o birimiz çətin şərtlər altında namaz qıla bilirdik” deyərək anlatdığı evin tavanının çox alçaq olduğu maketdə də görünür.Peyğəmbər Məscidinə bitişik olaraq inşa edilən evin peyğəmbərimizin məzarının yerləşdiyi məkan olduğu bildirilir. Həzrəti Peyğəmbər vəfat edəndə Ayşənin otağında dəfn edilmişdi.Peyğəmbər Məscidini ilk halına bənzətmək istəyən mütxəssislər maketdə yalnız 4 divar kimi görülən yerdə xurma yarpaqlarından məscid inşa edib. Yaxınlığında isə Peyğəmbərimizin evi görünür.Həzrəti Məhəmmədin  Məkkədəki doğulduğu evin yerində isə bir xalq kitabxanası var. Səudiyyə Ərəbistan rəhbərliyi peyğəmbərin dünyaya gəldiyi məkanın ziyarət yerinə çevrilməməsi üçün buraya məhz bu kitabxananı inşa etdirib.Hazırladı: Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler