Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Peşekar jurnalist” Virtual Telim Merkezi TRT, “Trend” ve “Anadolu”da görüş keçirdi

23 Haziran 2016

3:44 pm


23/06/2016 [19:43]: xeber –
“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi təlimlərini davam etdirir. Gənc KİV işçilərinin peşə hazırlığının yüksəldilməsinə,  onların nəzəri biliklərinin təcrübü bacarıqlara çevrilməsinə, şəbəkələşmə yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli maraqlar amilinə xidmət edən lahiyə çərçivəsində nüfuzlu media mütəxxəssisləri və rəhbərləri ilə görüşlər keçirilib.Bu gün gənc jurnalistlərlə “Trend” İnformasiya Agentliyi, TRT-nin Bakı Təmsilçiliyi və “Anadolu” Xəbər Agentliyində görüşlər keçirilib.“Trend” İnformasiya Agentliyinin  redaksiyası və iş şəraiti ilə tanış olduqdan sonra, Agentliyin baş direktor müavini Arzu Nağıyev informasiya təhlükəsizliyi mövzusunda mühazirə ilə çıxış etdi. Jurnalistlərlə sual-cavab şəraitində keçən görüş zamanı müasir media problemlərinə toxunuldu.Daha sonra TRT-nin Bakı Təmsilçiliyində olan gənc jurnalistləri təmsilçiliyin rəhbəri Yıldıray Arslan qarşıladı. Televiziyaçılıq və TRT təcrübəsi barədə geniş məlumat verən Yıldıray Arslan gənc KİV işçilərinin müasir jurnalistikanın müxtəlif qolları üzrə nəzəri biliklərini təkmilləşdirilməsinə və gənc jurnalistlərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə yardımçı olacaq beynəlxalq təcrübəni nümunələrlə izah etdi.Son olaraq, “Anadolu” Xəbər Agentliyini ziyarət edən “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzinin üzvləri Türkiyənin xəbər agentliyinin iş prosesi ilə tanış oldular. Jurnalistləri qarşılayan agentliyin əməkdaşı Ruslan Rəhimov “Anadolu”nun tarixi və günlük fəaliyyəti ilə bağlı müfəssəl məlumat verdi.Qeyd edək ki, “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi lahiyəsinin rəhbəri Anar Yusifoğlu, koordinatoru Aqil Ələsgərdir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler