Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Perviz Heşimli artıq serbest buraxılıb -YENİLƏNİB

18 Ağustos 2016

7:44 pm


18/08/2016 [23:40]: xeber –
“Polis Bölməsində həm məndən, həm də qarşı tərəfdən – Hilal Əsədovun sürücüsü və həyat yoldaşından izah aldılar. İzahat alındıqdan sonra isə sərbəst buraxdılar”.Bunu isə bir az öncə Pərviz Həşimlinin özü bildirib.***Pərviz Həşimli yaxın dəqiqələrdə sərbəst buraxılacaq.Bunu  P.Həşimlinin vəkili Bəhruz bayramov məlumat verib.Vəkilin sözlərinə görə hazırda P.Həşimlidən izahat alınır və izahat alındıqdan sonra sərbəst buraxılacaq.“Artıq qarşı tərəfin də adamları yenidən Polis Bölməsinə çağırılıb və onlardan da izahat alınır” – deyə, vəkil bildirib.***“Artıq iki saatdır ki, vəkili olduğum Pərviz Həşimli ilə görüşə və hər hansı məlumat ala bilmirəm. Mən onun vəkiliyəm və görüşmək hüququm olsa da, görüşə bilmirəm. O, hazırda Bölmə rəisinin yanındadır”.Bunu  Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov bildirib.Onun sözlərinə görə, ancaq qarşı tərəfin adamları -milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun sürücüsü, xanımı və onlar tərəfindən tutulub gətirilmiş yalançı şahidlər artıq sərbəst buraxılıblar, 16-cı Polis Bölməsini  tərk ediblər.“Odur ki, mən də hələlik Polis Bölməsində gözləyirəm və Pərvizin özü ilə görüşməyə çalışıram” – deyə, o, əlavə edib.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler