Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Permyakova ömürlük hebs cezası verildi – YENİLƏNİB

23 Ağustos 2016

9:08 am


23/08/2016 [13:07]: xeber –
Ermənistanda 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən rus hərbçi Valeri Permyakovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.sayt  erməni KİV-nə istinadən xəbər verir ki, məhkəmə Permyakova ömürlük həbs cəzası verib. Məhkəmənin keçirildiyi binada təhlükəsizik tədbirləri gücləndirilib. Qərar açıqlanarkən məhkəmə zalında zərərçəkənlərin yaxınlarından heç kim olmayıb. ***“Bu gün Şirak vilayətinin ümumi ədliyyə məhkəməsində 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakova hökm oxunacaq”.sayt Tert.am nəşrinə istinadən xəbər verir ki, Permyakov gözlənildiyi kimi ömürlük həbs cəzası alacaq. Amma “Joxovurd” qəzetinin məlumatına görə, V.Permyakov cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.“Ermənistan və Rusiya hakimiyyəti bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən əsgəri 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçün məhkum olunaraq, cəzasını Rusiya həbsxanasında çəkən Qraç Arutyunyanla dəyişməyi müzakirə edir. “Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq”, – qəzet yazır. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler