Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Peresle vida merasimi başladı – Obamadan görünmemiş jest

29 Eylül 2016

8:24 am


29/09/2016 [12:22]: xeber –
İsrailin doqquzuncu prezidenti Şimon Pereslə vida mərasimi Knessetin binası qarşısındakı meydanda başlayıb.sayt İsrail KİV-ə istinadən xəbər verir ki, Pereslə vidalaşmaq istəyən hər kəs meydana maneəsiz gedə bilər. Vida mərasimində təhlükəsizliyi qorumaq üçün 7 min polis əraziyə cəlb olunub.Mərhum prezident sabah günortadan sonra dəfn olunacaq. Sabah səhər isə Pereslə rəsmi vida mərasimi baş tutacaq. Səksən ölkədən rəsmi nümayəndənin İsrailə səfər edəcəyi gözlənilir. Rusiyanı mərasimdə Federasiya Şurasının spikeri Valentina Matviyenko təmsil edəcək. ABŞ prezidenti Barak Obama isə Şimon Pereslə vidalaşmaq üçün bu gün İsrailə gedir. Amerikalı lider Peresin vəfatı ilə bağlı görünməmiş jest edib. Belə ki, onun tapşırığı ilə ABŞ bayrağı bütün rəsmi müəssisələrdə, diplomatik nümayəndəliklərdə, hərbi bazalarda endirilib.Xatırladaq ki, Nobel sülh mükafatı laureatı olan Şimon Peres ötən gün 94 yaşında dünyasını dəyişmişdi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler