Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Pendir görende ağlayan qız…

28 Haziran 2016

3:40 am


28/06/2016 [07:37]: xeber –
İsveçin Bari şəhərinin sakini panikalı xəstəliyi barədə jurnalistlərə danışıb. “The Daily Express” qəzetinin məlumatına görə, 33 yaşlı Anna Bondesson bildirib ki, pendirin bir növü onu ağlamağa vadar edir. Biznes analitik kimi çalışan qadın qorxusunun təbiətini izah edə bilmir. Fobiyasını isə əyləncəli hesab edərək, onunla mübarizə etməyi düşünmür. Bondesson deyir ki, məhz bu səbəbdən marketlərin pendir şöbəsinə ayaq basmır. Səbəb “o sarı, iyli zəhər”lə qarşılaşmamaq istəyidir. Qızın sözlərinə görə, başqaları pendir yeyəndə o, özünü həyəcanlı hiss edir: “Bir dəfə iş yoldaşım mikrodalğalı sobaya pendirli piroq qoydu ki, qızdırsın. Az keçmədən onun qoxusu yayıldı və mən panikaya qapıldım. Qadın bu qorxusuna görə sevgilisi ilə ayrılmaq zorunda qalıb: “Bir dəfə mən onun evinə qonaq getmişdim. O, qonaq otağına əlində pendir dolu boşqabla girdi və mənə onu tutmağımı dedi. Mən otaqdan ağlayaraq çıxdım və təbii ki, biz bir daha görüşmədik”. Bondessonun fobiyası unikal deyil. Fevralda tələbə Loren Dodd da jurnalistlərə ketçup qorxusundan danışmışdı.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler