Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Partlayış mermi saxlanc anbarında olub – Nazir hadise yerindedir

26 Temmuz 2016

2:20 pm


26/07/2016 [18:19]: xeber –
Şirvanda partlayış mərmi saxlanc anbarında baş verib.Hazırda ərazidə ara-sıra partlayış səsləri eşidilir. Lakin intensiv partlayışlar artıq yoxdur. Partlayış baş verən ərazidə tüstülənmə var. Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilir. Hadisə nəticəsində ölənlərin olması ilə bağlı məlumatı hələlik heç bir rəsmi mənbə təsdiqləmir. Xəstəxanadan verilən son məlumatda 20 nəfərin bura yerləşdirildiyi bildirilir.Müdafiə sənayesi naziri Yavər Camalov, Fövqəladə hallar nazirinin müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, baş prokurorun birinci müavini Rüstəm Usubov hadisə yerindədir. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun hazırda məzuniyyətdə olduğu bildirilir. Hadisə baş verən ərazi yaşayış evlərindən aralıda yerləşir. Buna görə yaşayış evlərində heç bir evakuasiya həyata keçirilməyib. Lakin əraziyə toplaşmaq istəyən mülki əhali və jurnalistlər təhlükəsizliklə bağlı ərazidən uzaqlaşdırılıblar. Mərmi qəlpələrinin düşdüyü 2-3 kilometrlik radiusda lokal yanğınlar meydana gəlib. Hazırda yanğınların söndürülməsi istiqamətində işlər görülür.(apa)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler