Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Parlamentde deputata “sus” deyile bilermi?

04 Temmuz 2016

12:00 pm


04/07/2016 [15:58]: xeber –
Vəzifəsi danışmaq, müzakirə etmək, mövqe bildirmək olan deputata “sus” əmrini vermək cəmiyyətdə normal qarşılanmadı. Məsələnin əslində necə olması ilə bağlı Milli Məclisin deputatlarının rəyini öyrənməyə çalışdıq. Həqiqətənmi Milli Məclisdə alternativ fikrə dözümsüzlük, çox danışan, fəallıq edən deputatlara qarşı basqılar var? Milli Məclisin deputatı Fərəc Quliyev isə qeyd etdi ki, əslində spikerlə Z.Oruc arasında baş verən mübahisə parlament üçün normaldır, sadəcə, cəmiyyət bunu fərqli şəkildə qəbul etdi: “Bütün ölkələrin parlamentində belə hadisələr baş verir, mübahisələr, hətta əlbəyaxa davalar olur. Bizim parlament bu baxımdan daha intizamlıdır və hər şey qaydalar çərçivəsindədir. Mən baş verən hadisəni demokratiyanın təzahürü kimi qiymətləndirirəm. Hesab etmirəm ki, parlamentdə kiminsə hansısa fikir deməsinə qarşı basqı var. Mən özüm hər zaman tənqidi fikirlərimi söyləmişəm, heç vaxt da basqı ilə üzləşməmişəm. Sadəcə, orada Oqtay müəllim bir qədər yaşda böyükdür deyə, Zahid bəy də onu nəzərə alaraq icazəsiz söhbətə girməməli idi. Məhz bununla bağlı ona irad bildirdi. Lakin söylənən və orada qoyulan məsələlərlə bağlı mübahisəli heç nə yoxdur.Parlamentdə heç bir məsələnin müzakirəsinə müdaxilə olunmur. Hər kəs çox rahat şəkildə istənilən məsələni, hətta gündəlikdə olmayan məsələləri belə müzakirəyə çıxara bilər. Mən hesab etmirəm ki, bu hadisə müxalif fikrə basqı kimi qəbul olunmalıdır. Parlament söz davası yeridir. Qafaların davası yeridir. Qonşu ölkələrin parlamentində də kəskin mübahisələr olur, dava düşür, bir gündən sonra da hər şey qaydasına düşür, bu normaldır”. Sonda onu da qeyd edək ki, “parlament” fransız dilindəki “parler” sözündən yaranıb. Parler danışmaq deməkdir. Hakimiyyətin ali təmsilçi orqanıdır. Orta əsrlər Avropada yüksək təbəqələrin nümayəndələrdən formalaşan məşvərət və qanunverici orqan idi. Müasir mənasını 17-19 əsr burjua inqilablarından sonra qazandı. Parlamentarizm cəmiyyətin dövlət idarəçilik sistemidir. O, parlamentin başqa hakimiyyət qanadlarına münasibətdə üstün mövqeyə malik olması ilə yanaşı, qanunverici və icraedici funksiyalarının dəqiq şəkildə müəyyənləşdirilməsi ilə xarakterizə olunur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler