Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Park Bulvar”da genc ressamların sergisi nümayiş etdirildi

24 Ekim 2016

8:24 pm


25/10/2016 [00:23]: xeber –
Oktyabrın 23-də “Konstitusiya Araşdırmalar Fondu” və  “MitOst” Assosiasiyasının həyata keçirdiyi, “Young Business Factory”un dəstəyi ilə  “İnkişaf Zamanı proqramı – İncəsənət Sosial Dəyişikliklər üçün” layihəsi çərçivəsində “Park Bulvar”  ticarət və əyləncə mərkəzində gənc rəssamların sərgisi nümayiş etdirilmişdir. Layihə valideynlərin və cəmiyyətin basqısı nəticəsində fərqli ixtisaslara yönələn və arzuları yarımçıq qalan gənclərin həyat hekayələrini qələmə almış və bu hekayələr gənc rəssamların yaratdıqları “Street art” nümunələrinə çevrilmişdir. Layihənin keçirilməsində məqsəd istedadlı yeniyetmələrin müstəqil ixtisas seçimini təbliğ edərək gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və insanlara cəmiyyətin formalaşmasında incəsənətin rolunun vacibliyinı ötürməkdir. Sərgi izləyicilər tərəfindən böyük marağa səbəb olmuş və bu tipli maarifləndimə tədbirlərin davam etdirilməsi zərurəti vurğulanmışdır.Layihə üzvləri 528 nəfər gənc (212 kişi və 316 qadın olmaqla) arasında sorğu keçirmişdi. Sorğu iştirakçılarının ən gənci 19, ən yaşlısı isə 46 yaşındadır, ümumiyyətlə isə sorğu iştirakçılarının orta  yaş aralığını 22-24 yaşlı gənclər təşkil edir. Respondentlər arasında 351 nəfər çalışır ki, onlarında 189 nəfəri, yəni 53,8%- öz ixtisasına uyğun olmayan sahələrdə çalışırlar. Bu da öz növbəsində gənclərin sevmədiyi peşə üzrə çalışaraq gələcək inkişaf və karyera perspektivlərini əngəlləyir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler