Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Papanın “soyqırım” demesine Türkiyeden ilk -Reaksiya

26 Haziran 2016

5:28 am


26/06/2016 [09:26]: xeber –
Roma papası Fransiskin Ermənistanda 1915-ci il hadisələrinə “soyqırım” deməsinə Türkiyədən  ilk reaksiya gəlib.Türkiyə baş nazirinin müavini Nurəddin Canikli deyib ki, Papanın bu ifadəni işlətməsi obyektiv deyil və həqiqətlərə uyğun gəlmir.Papanın belə bir açıqlama verməsi böyük ədalətsizlikdir. Obyektiv bir açıqlama deyil və həqiqətə uyğun deyil. Bunu ermənilər və bütün dünya bilir. Təbii ki, bu çıxışa ciddi yanaşmırıq. Bu millətin tarixində belə bir ləkə yoxdur”, – deyə Türkiyə rəsmisi bildirib. O, deyib ki, Roma papasının fəaliyyətində xaçlı zehniyyətinin təzahürlərini açıq-aşkar görmək mümkündür.Roma papası Fransisk Ermənistana səfəri zamanı “erməni soyqırımı” ifadəsini işlədib. Ermənistana ziyarətinin ilk günündə papa nitqi zamanı əvvəlcədən mətnə daxil edilməyən fikirlərini söyləyib. Ekspromt deyilən nitqdə papa Fransisk osmanlıların ermənilərə qarşı “soyqırım” törətdiyini bildirib.Məqalədə yazılır ki, Serj Sarkisyana səmimi münasibəti ilə seçilən Roma papası Fransisk prezident sarayında çıxış edib. Nitqinə son anda əlavə etdiyi sözləri ilə Ermənistan prezidentinə, dövlət rəsmilərinə və dini liderlərə səslənib. Bundan sonra papanın çıxışı çox isti qarşılanaraq ayaqüstə alqışlanıb.Papa qondarma erməni soyqırımı abidəsini də ziyarət edib.(ANS )




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler