Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Papa Qarabağ ve türk-ermeni münasibetleri üçün dua edib

26 Haziran 2016

11:48 am


26/06/2016 [15:46]: xeber –
Ermənistanda səfərdə olan Roma Papası Fransisk İrəvanın mərkəzi meydanındakı mərasimdə çıxış edərkən Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə münasibətlərini ötəri də olsa, xatırlayıb. “Xristianlığı ilk qəbul etmiş ölkə” kimi xarakterizə etdiyi Ermənistana səfər etməyi “çox arzuladığını” deyən Roma Papası kilsələrin möhkəm əlaqələrindən də bəhs edib. Daha sonra o, erməni-türk xalqları arasında barışığın, həmçinin Qarabağda sülhün əldə olunması üçün dua edib. Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və arvadı Rita Sarkisyan, Ermənistan parlamentinin sədri Qalust Saakyan və digərləri iştirak edib. Qeyd  edək ki, Roma Papası bundan əvvəlki çıxışında protokoldan kənara çıxaraq 1915-ci il hadisələrini “soyqırım” adlandırmaqla Türkiyə-Ermənistan və Qarabağ məsələsində nə dərəcədə “sülhpərvər” rol oynamaq istəyini nümayiş etdirib. Onun üzünü meydandakı erməni gənclərinə tutaraq “əziz gənclər, gələcək sizindir” məzmunlu müraciəti də S.Sarkisyanın gənclərə xitabən dediyi “Qarabağ məsələsini biz həll etdik, Ağrının taleyini siz həll edəcəksiniz” sayıqlamasına çox yaxındır.(Musavat.com )




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler