Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Papa Fransisk Azerbaycan seferinden razıdır…

03 Ekim 2016

8:24 am


03/10/2016 [12:22]: xeber –
Roma Papası Fransisk Cənubi Qafqaz respublikalarına səfərindən razı qalıb. Sentyabrın 30-dan oktyabrın 1-nə qədər Gürcüstanda olub, daha sonra oktyabrın 2-də Azərbaycanda səfərdə olub. “Səfər dolğun və maraqlı idi”, – Papa Fransisk Bakıdan Romaya qayıdarkən mətbuat konfransı zamanı jurnalistlərə bildirib. Bu Latın Amerikasından olan pontifikin sabiq sovet respublikalarının yerləşdiyi Cənubi Qafqaza sayca 16-cı səfəri idi, iyun ayında o, Ermənistanda olub. Azərbaycan paytaxtında Papa Fransisk cəmi bir gün oldu, gün ərzində yerli katolik kilsəsində Müqəddəs Məryəm kilsəsində ayin yerinə yetirib. Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşüb, Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri qarşısında çıxış edib, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanın dini icmalarının rəhbərləri ilə görüşüb.Sonda Roma katolik kilsəsinin rəhbəri Qafqazın ən iri məscidi olan Heydər Məscidində olub, burada o, respublikada fəaliyyət göstərən dini konfensiyaların rəhbərləri ilə görüşüb.Azərbaycanda pontifikin səfərinə böyük önəm verilir. Belə ki, əhalisinin əsas hissəsi müsəlmanlardan ibarət olan ölkədə 2016-cı il “Multikulturalizm ili” elan edilib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler