Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Pakistandan alınan silahların bir hissesinden aprel döyüşlerinde istifade olunub”

15 Ekim 2016

7:28 am


15/10/2016 [11:24]: xeber –
Prezident İlham Əliyev Pakistanın ölkəmizdə səfərdə olan baş naziri
ilə görüşü zamanı iki dövlət arasındakı hərbi əməkdaşlığa diqqət çəkib, bu əməkdaşlığın
genişləndiriləcəyini bildirib. Bundan başqa, ölkə başçısı Pakistandan yeni nəsil
sialh-sursat almaq niyyətini də bəyan edib.

Maraqlıdır, Pakistanın silah bazarı Azərbaycan üçün nə dərəcədə cəlbedicidir?
Pakistandan alınacaq silahlar Qarabağ probleminin hərbi yolla həlli məsələsində
nə dərəcədə həlledici ola bilər?

sayt-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin
rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov Pakistandan idxal edilən və ediləcək
silahların Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Azərbaycan bundan öncə də Pakistandan silah-sursat alıb. Heç kimə
sirr deyil ki, Pakistan Azərbaycanın ən etibarlı tərəf müqabillərindən biridir.
Prezidentin də açıqlamasından bəlli olur ki, Azərbaycan Pakistanla əməkdaşlığı
davam etdirəcək.

Azərbaycan Pakistandan idxal edilən silah-sursatın çeşidini artırır.
Buna səbəb həmin silah-sursatın yüksək keyfiyyətdə olmasıdır. Bunlar son nəsil
silahlardır. Bu silahlar arasında həm atıcı silahlar, həm də raket-artilleriya
qurğuları yer alır. Sözsüz ki, bu silah-sursatlar Qarabağ probleminin həllində
bizə çox böyük dəstək olacaq.

Aprel hadisələri zamanı Azərbaycan Pakistandan alınan silah-sursatın
müəyyən hissəsindən istifadə edib. Düşünürəm ki, Azərbaycan Pakistandan silah
almaq niyyətini bəyan edərkən yalnız Müdafiə Nazirliyini deyil, həm də digər
güc orqanlarını, onların tələbatını nəzərdə tutub. Yəqin ki, 2016-2017-ci illərdə
bu silah-sursat Azərbaycan tərəfindən əldə olunacaq”.

 

Seymur Əliyev

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler