Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Özünü Hitlerle müqayise etdi: “Üç milyon neferi öldürsem…”

30 Eylül 2016

7:44 am


30/09/2016 [11:40]: xeber –
Filippin prezidenti Rodriqo Duterte özünü nasist Almaniyasının lideri Adolf Hitlerlə müqayisə edib.Bu haqda “Reuters” agentliyi bildirir.Prezident qeyd edib ki, Hitler də öz ölkəsində narkomanları və narkotik alverçilərini həvəslə qırardı.Vyetnam səfərindən sonra Davao şəhərinə gələn Dutertenin sözlərinə görə, tənqidçilər onu “Hitlerin əmioğlusu” kimi təsvir edirlər. Hitlerin milyonlarla yəhudini öldürdüyünü xatırladan Duterte Filippində üç milyon narkomanın olduğunu söyləyib.“Mən onları öldürsəm, xoşbəxt olardım. Əgər Almaniyada Hitler var idisə, Filippində…” – o, pauza verib və özünü göstərib.Onun dedikləri ABŞ-dakı yəhudi təşkilatları şoka salıb. Onlar bildiriblər ki, Filippin lideri ilə bağlı sərt mövqe tutması üçün Vaşinqtona təzyiq göstərmək niyyətindədirlər.Qeyd edək ki, prezident narkomafiyaya bağlı olan şəxsləri qətlə yetirməyə görə cəza verilməyəcəyini bəyan edib. Rəsmi rəqəmlərə görə, təkcə son iki ayda bu səbəblə 2500 nəfər qətlə yetirilib.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler