Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Özüne hörmet eden, yaxud beynelxalq hüquqla yaxından tanış olan şirketler buna getmir”

02 Kasım 2016

7:04 pm


02/11/2016 [23:03]: xeber –
Millət vəkili Zahid Oruc bir neçə saat öncə sayt – da getmiş “İsrail bayrağı altında avtomobil karvanı Laçına nə üçün gəlib? – Təxribat, yoxsa?” başlıqlı yazıda İsrail – Ermənistan ilişkilərindən bəhs edən araşdırmaya aşağıdakı şərhi verib:”İsrail dövləti işğal olunmuş ərazilər hesabına regionda müxtəlif maraqları həyata keçirən beynəlxalq vasitəçilərin təxribatlarını siyasi planlarına daxil etməz. Faktiki olaraq, Qarabağ iqtisadi və siyasi cəhətdən ermənilərin arzuladığı kimi yəhudi dünyasını özünə cəlb edə bilməz. Yəni işğal reallığından istifadə edərək ölkəmizin başı üzərindən Kəlbəcər və digər bölgələrin sərvətlərinin mənimsənilməsi çox təhlükəli əməliyyatlardır və özünə hörmət edən, yaxud beynəlxalq hüquqla yaxından tanış olan şirkətlər buna getmir.Başqa bir mühüm amil müsəlman dünyasında İsrail üçün Azərbaycanı əvəz etməyin qeyri-mümkünlüyüdür və cari geopolitik çıxarılar üzündən etibarlı tərəfdaşlığı qurban vermək olmaz. Hazırda İranın postsanksiyalar dövründə dünya üçün yenidən açılması, Amerika ilə pisləşən münasibətlər və Rusiyanın Yaxın Şərqdə çəkisinin artması fonunda Azərbaycan yenə də Təl – Əviv üçün misilsiz diplomatik körpüyə çevrilir. Ona görə hansısa məhəlli layihələrin fonunda İrəvanla yəhudi dünyası arasında gizli iş birliyi haqda təqdim olunan faktlar bizi sabit və düzgün mövqeyimizdən çəkindirməməlidir.Azərbaycan İsrail üçün ərazi bütövlüyü təmin olunmuş və Qarabağ münaqişəsində qalib gəlmiş tərəf kimi Yaxın Şərqin münaqişələrinə və Fələstin probleminin çözümünə də mühüm bir vəsilə ola bilər. Ona görə həmin kadrların üzücü təəssüratına qapılmadan irəliyə baxmaq gərəkdir…”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler