Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Özüm – özümle o qeder gözel danışıram ki…”

04 Ekim 2016

7:36 pm


04/10/2016 [23:35]: xeber –
sayt şair Nurafiz ilə müsahibəni təqdim edir.O, şairdi. Şeirləri rus, gürcü və türk dillərinə tərcümə olunub. İki kitab müəllifidi. Bu dəfə biz də şairlə görüşüb söhbət etməyə çalışdıq.- Nurafiz müəllim, şeirlərinizdə həm kəndinizdən, həm də ananızın itkisindən çox yazmısınız.- Mən nə qədər şəhərdə qalam mən şəhərli ola bilmərəm. Həmişə kəndimizə gedib – gəlirəm. Bir dəfə kəndimizə gedib ata evimizin qapısında gördüm ki, bir it üzü qıfıla sarı yatıb. Çox kövrəldim. Dedim ki, bu it bizdən etibarlıdı. Ona görə də itin yuxusuna haram qatmamaq üçün geri qayıtdım. Onda bir şeir yazmışdım:…Baş aça bilməyir bağlı qıfıldan,Elə bil utanır tutulduğuna.Deyəsən nə vaxtsa, dil açasıdı,Deyəcək peşmanam doğulduğuma.Bir vaxtlar ən şirin şeir kimiydi,Pozulub hecası, dağılıb bənd – bənd.Bu itin səsində sükut dil açıb,Bir itin gözündə üşüyür bu kənd…Onda bu şeiri yazıb geri qayıtdım. Dedim ki, bu bizim qapını qoruyur. Onu yuxudan oyada bilmərəm. 1975 – ci ildə yaşadığımız Qardabani rayonunun Ağtəklə kəndindən Bakıya oxumağa gəldim. Memarlıq – və İnşaat inistutunu bitirmişəm. Özüm ixtisasca inşaatçıyam. Ailəmizdən Bakıya gələn tək mən oldum. Atam mən axırıncı imtahanımı verəndə atdan yıxılıb dünyasını dəyişdi. Altı ildir ki, anamı da itirmişəm. Mən öz kəndimizə bağlı adamam. Heç ləhcəmi də dəyişməmişəm.“Lider TV – ə müsahibə verəndə qızım zəng vurub dedi ki…”- Norveç və Azərbaycan iş adamlarının seminarında Lider TV – nin jurnalisti mənə dedi ki, bizə müsahibə verərsiniz? Utandım. Dedim ki, qızım, mən heç öz toyumda danışmamışam. Orda danışandan sonra qızım məni televizorda görüb zəng vurdu ki, ata, sən yenə kəndçi kimi danışdın. Dedim ki, qızım, mən tərəkəmə olmuşam. Mən dəyişəsi deyiləm.- Nurafiz müəllim, tikinti işi bu yandan və bu yandan da şeir yazmaq. Bunlar sizi yormur ki?- Mənim ən ağrılı günüm işsiz günümdü. Mən öyrəşmişəm qaçmağa. Səhər açılan kimi evdən çıxıram. Mən maşınla çox yol sürürəm. Əsasən çox vaxtdı Tiflisə gedəndə çalışıram gecə vaxtı yol gedim. Özü də tək gedirəm. Mən nə vaxt tamojnuya çatdığımı bilmirəm. Çünki özüm – özümlə o qədər gözəl danışıram ki, elə bil maşında on nəfər Nurafiz var. Yanımda heç kim olmayanda özüm – özümü açıram. Mən bütün şeirlərimi maşında yazıram. Şeir gələn vaxt telefonun diktafonuna yazıram və evə gəldikdən sonra köçürürəm. O gün belə bir şeir yazmışdım:…Mən indi bildim ki, nə nədir daha,Dərdlərim gül açıb nanədir daha.Mənim sevdiyim qız nənədir daha,Nəvəmdən utanıb söz deyəmmədim.- Şeiri ilk dəfə nə vaxtdan yazmağa başladınız?- Orta məktəb vaxtı İsa İsmayılzadənin “İşıqlı yarpaqlar” kitabını tapmışdım. Onu götürüb oxumağa başladım. Onda baxdım ki, bu başqa cür kitabdı.- Necə yəni başqa cür kitab idi?- Bu şeirlər məktəbdə oxuduğum şeirlərə oxşamırdı. Bunlar başqa cür şeirlər idi. Forması başqa, bir az da qara günlü şeirlər idi. Ondan sonra iki dəfə İsa İsmayılzadə ilə görüşdüm. 70 illiyinə yazı da yazmışdım. O vaxtdan ustad xeyr – duamı verdi.- Müasir şeiri qəbul edirisiniz?- Əlbəttə. Mənim özümün də çoxlu sərbəst şeirlərim var. Şeirlərim Türkiyədə yaşayan şairimiz Məmməd İsmayılın da diqqətini çəkmişdi. Bir neçə dəfə Türkiyədə şeirlərimi dərc edib. Bakıya gələndə hətta görüşdük də.- Sizin ədəbiyyata həvəsiniz olduğu bir vaxtda necə oldu ki, ədəbiyyat sahəsinə deyil, inşaat sahəsi üzrə təhsil aldınız.- Uşaqlıqdan ehtiyac, çətinliklər məcbur etmişdi ki, əlimdən hər iş gəlsin. Ona görə də bu sahəyə gəldim. Həm də fikirləşdim ki, ədəbiyyat sahəsinə gəlib nə iş görəcəm. Müəllim olacam, o da mənlik deyil. Mən sərbəst adamam. İşdə mənim iş vaxtdım yoxdu.- Ədəbi mühitdə hamının oturub – durduğu öz çevrəsi var. Siz bildiyim qədəriylə yazıçı Nəriman Əbdülrəhmanlı ilə yaxınsınız. Həmişə bir yerdə görürəm sizi.- Biz Nərimanla çox yaxınıq. Başqa oturub – durduğum şairlərdən İbrahim İlyaslıdı, Qubaya gedəndə bizim güman yerimiz Ramiz Qusarçaylı, Zakir Məmməddi. Gürcüstana gedəndə isə Rafiq Hümmətdi. Mənim kitablarımın çıxmasına da Nəriman Əbdülrəhmanlı çox köməklik edir. Məlahət Yusifqızı ilə də çox yaxın ailəvi dostuq. Həm özü, həm də sözü bütöv olan şairdi.- Müsair texnologiyanın inkişaf etdiyi bir vaxtda çoxları əl yazmadan qaçır. Yazarların çoxu şeir və yazılarını komputerdə yazır. Siz də şeirlərini komputerdə yazırsınız?- Xeyr. Səksən faiz şeirlərimi əl yazmada yazıram. Sonra komputerə köçürürəm. Əl yazmanın öz enerjisi var, komputerin enerjisi yoxdu, elektrik enerjisi var. Mən internetdən heç şeir oxuya bilmirəm. Öz şeirlərimi saytdan kağıza çıxarıb sonra oxuyuram.- Bu qədər işin – gücün içində mütaliə etməyə heç vaxt tapa bilirsinizmi?- Çalışıram vaxt tapım. Nəriman Əbdülrəhmanlının “Qurban” romanını bitirdim. İndi Aslan Quliyevin “Ağrı” romanını oxuyuram.- Şeirlərini ədəbiyyat saytlarına yollamağa niyə həvəs göstərmirsiniz?- Düzdü. O səhədə mənə dostlarım kömək edir. Məndən xəbərsiz şeirlərimi saytlarda, qəzetlərdə verirlər. Çox sağ olsunlar. Mənim əlli yaşımda ilk kitabım çıxdı və ondan sonra məni tanımağa başladılar. Ondan sonra mənim şeirlərim haqqında yazılar yazıldı. 2009 – cu ildən AYB – nin üzvüyəm və bu il artıq prezident təqaütü də alıram.- Ananızın adını Allahdan qabaq çəkdiyinizi deyirsiniz şeirinizdə.- Əslində elədi. Mən anamdan sonra çox pis oldum. Ailəmlə kəndə gedəndə başımı anamın dizlərinə qoyub uzanırdım. Uşaqlarım hamısı məttəl qalırdı. Deyirdilər ki, atamız nənənin dizinin üstünə başını qoyub. Deyirdim ki, bu mənim anamdı. Onda belə bir şeir yazmışdım:…Uzaq bir ünvada doğma səsiydim,Dalımca gələmmir o yol – iz mənim.Səni əl üstündə gəzdirəsiydim,Yaman günə qoydu yavan söz məni.Gözümün içində yorğun bir nida,Belədən – beləyə yelləyir papaq.Elə ki, ellərim qalır daş altda,Adını tuturam Allahdan qabaq..Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler