Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Özü guya demokratiyadan yana olub, Türkiyede diktatura arzulayanlar var”

17 Temmuz 2016

7:20 pm


17/07/2016 [23:20]: xeber –
Milli Məclisin millət vəkili Fazil Mustafa Türkiyədəki hərbi çevrilişlə bağlı öz fikirlərini bölüşüb.sayt xəbər verir ki, Focebook hesabında millət vəkili Türkiyə xalqına dəstək olub:”Türkiyədə baş verənləri təhlil edərkən kimsənin tərəfdarı və ya müdafiəçisi kimi çıxış etmədim. Məni düşündürən yalnız bir şey var: hər hansı hərbi çevriliş bu qardaş məmləkətimizi illərcə geri salacaq, zəiflədəcək. Anlayıram ki, Azərbaycanda özü guya demokratiyadan yana olub, Türkiyədə diktatura arzulayan kifayət qədər insan var. Bunlar Türkiyənin qanuni hakimiyyətinin dəyişməsi üçün hər cür yolu məqbul sayırlar və gah atatürkçülük, gah milliyətçilik, gah da Türkiyədə şəriət rejiminin qurulacağı barədə mənasız çağırışlarla insanlara yanlış düşüncəni təlqin edirlər. Buraxın Türkiyə siyasətçiləri ilə problemləri türk insanı sandıqda həll etsin, kimi istəyirsən seçsin, bizə qalan Türkiyənin güclü dövlət olmasını arzulamaqdan başqa bir şey deyil. Hərbi çevrilişlə bağlı detallar açıqlandıqca yazılarımıza görə bizə qarşı ədəbsizlik edənlər də əminəm ki, öz yanlışlarını görəcəklər. Məndən orada təslim olan Türk əsgərinə qarşı saqqallı şəxslərin etdiyi vəhşiliyin izahını soranlara da bir şeyi demək istəyirəm ki, İslam dininin təmsilçisi kimi özünü təqdim edərək vəhşilik törədənlər harada olursa olsun, hər dəfə onlara qarşı münasibətimi birmənalı bildirirəm və qınayıram. Ancaq Türkiyədə belə bir hadisənin baş verdiyinə inanmadığımı əvvəlcədən də bildirmişəm və sonradan çıxan məlumatlar da bunu doğrultmaqdadır. Bir şeyi unutmayın, hərbi çevrilişə qarşı çıxan, demokratiyanı qoruyan Türk milləti eyni əzmkarlıqla dini hakimiyyət qurmaq istəyənlərə də lazımi cavabı verəcəkdir. Türkiyədə hakimiyyətə dindar da gəlsə, dinsiz də gəlsə, liberal da, kommunust də gəlsə Atatürkün ideallarından kənara kimsə çıxa bilməz! Sadəcə kimsə ötən əsrin 30-cu illərindəki kimi, yaxud da bir qrup əsgərin qafası ilə Türkiyənin idarə olunmasını arzulayırsa, yuxusu şirin olsun! Türkiyədə dövlət kapitalizmindən özəl iqtisadiyyata keçidin çoxdan baş verdiyini anlayanlar bunun siyasətdə inikasını da rahatlıqla anlaya bilərlər.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler