Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Özlerini polis kimi teqdim eden şexsler tutuldu

06 Ekim 2016

10:28 am


06/10/2016 [14:27]: xeber –
Şəkidə maraqlı oğurluq hadisəsi baş verib. sayt DİN-in saytına istinadən xəbər verir ki, Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıblar. Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfayel Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib. Avtomobil sahibinə qaytarılıb. Araşdırmalar zamanı ötən ay H.Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə ötən il isə H.Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Şəki ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler