Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Özbekistan prezidenti öldü, o, da FETÖ-nun hedefindeymiş – SON melumat

02 Eylül 2016

9:12 am


02/09/2016 [13:11]: xeber –
sayt xəbər verir ki, beyninə qan sızan Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Bu barədə “Reuters” məlumat yayıb.   İslam Kərimovun ölüm xəbərinin ardından bəzi sosial şəbəkələrdə və saytlarda prezidentin doğulduğu Səmərqənddə bir hərəkətlilik müşahidə edildiyi və bəzi hökumət üzvlərinin bu şəhərdə olduğu iddia edilir. Həmçinin şəhər mərkəzindəki prospekt və küçələrdə təmizlik və tənzimləmə işlərinin aparıldığı da bildirilir.Xatırladaq ki, Özbəkistanın tarixi Səmərqənd şəhərində 30 Yanvar 1938-ci ildə anadan olan və 1989-cu ildən bəri ölkəni idarə edən İslam Kərimov 27 avqustda keçirdiyi beyin qanamasına görə xəstəxanaya aparılmışdı.FETÖ-nun hədəfindəymiş FETÖ-nun 17 il əvvəl məktəblərinin yerləşdiyi Özbəkistanda Türkiyədə həyata keçirdiyi dövlət çevrilişinə cəhdin eynisini törətdiyi ortaya çıxıb. Belə ki, 1999-ci ilin fevral ayında Gülənçilərin hədəfində Özbəkistan prezidenti İslam Kərimov dururmuş . Bu məqsədlə FETÖ üzvləri Özbəkistan hökumət binasında bomba partladıb. Daha sonra iri çaplı silahlardan hökumət evi atəşə tutulub. Binanın yaxınlığında isə 4 avtomobil bomba partladılıb. Ancaq Özbəkistan prezidenti və hökumət üzvləri bu hücumdan yayına biliblər.  Hücumdan dərhal sonra ölkədə genişmiqyaslı istintaq başlayıb. Aparılan istintaqdan sonra hədəfin birbaşa Özbəkistan prezidenti İslam Kərimov olduğu ortaya çıxıb. Detallar isə daha dəhşətli olub.Aparılan araşdırmalar nəticəsində Özbəkistan rəsmiləri FETÖ lideri Gülənin CIA ilə əlaqəsini öyrəniblər. FETÖ liderinin Özbəkistandakı məktəblərinə göndərdiyi 70 müəllimin ABŞ-ın qırmızı və yaşıl pasportuna sahib olan siyasi statuslarının olduğu və bu ölkəyə “ABŞ Dostluq Körpüsü” adlı gizli bir quruculuq adı ilə gəldikləri məlum olub.Bu çevriliş cəhdi barəsində daha əvvəl Gülənin bütün qaranlıq işlərini araşdıran və yazan keçmiş FBI müşaviri Professor Paul Williams “Gladyo Əməliyyatı: Vatikan, CIA və Mafiya arasındakı müqəddəs olmayan ittifaq” adlı kitabında ən incə detallarına qədər yazıb. “Çevrilişə cəhdin arxasındakı adlar, FETÖ məktəblərində müəllim maskası ilə çalışan 70 CIA əməkdaşı vardı” sözləri ilə bu qaranlıq quruluşu ifşa edib.1990-cı ildən etibarən Özbəkistanda məktəb açıb, müəllim adı verdiyi təcrübəli agentləri istifadə edən FETÖ məhz bu zərbə girşimiylə ortaya çıxmışdı. Özbəkistan dövlət televiziyası da məsələ ilə bağlı günlərlə məlumatlar vermişdi. Ölkənin müxtəlif şəhərlərində açılan məktəblərdə “təbliğat” aparıldığını bildirmişdi. Məktəblər xüsusilə internat statusla fəaliyyət göstərirdi. Burada məqsəd tələbələri ailələrindən və ətraflarından uzaqlaşdıraraq, 24 saat öz nəzarətləri altında daha asan təsir etmək idi. Beləliklə, bu məktəblərdən məzun olan uşaqların gələcəkdə dövlətin kilid nöqtələrinə gəlməsi niyyətindəydilər. 1999-ci ildəki çevrilişə cəhdin ardından Özbəkistan prezidenti bu məktəblərə dərhal müdaxilə edir. İslam Kərimovun göstərişi ilə məktəblər bağlanır, çox sayda insan deportasiya edilir və çox sayda məktəb rəhbəri də həbs olunur.Hazırladı: Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler