Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Öz bostanları mehsul vermirse…”

01 Ağustos 2016

9:24 pm


02/08/2016 [01:20]: xeber –
Jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinə müsahibə verən Müsavat başqanı Arif Hacılının açıqlamaları cəmiyyətdə müzakirə olunmaqdadır. A.Hacılı Milli Şura haqda da bir sıra fikirlər səsləndirib.O, bildirib ki,  “Milli Şurada struktur fəaliyyəti yoxdur – ola bilsin, bu haqda mənim məlumatım yoxdur, ancaq mən Müsavat partiyasının hansısa aylarda gördüyü işlər barəsində mətbuata açıqladım. Milli Şura da göstərdiyi fəaliyyətlə bağlı mətbuata açıqlama versin. Versəydi, biz də bunu bilərdik.”Milli Şuranın koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev sayt -a açıqlamasında Arif Hacılının fikirlərinə münasibət bildirib:“Çox istərdim ki, hörmətli Müsavat başqanı Milli Şuranın bostanına daş atmaq həvəsindən çəkinsin. Öz bostanları məhsul vermirsə, buna görə başqalarını hədəfə almaq ciddi siyasətçiyə divident gətirməz… Ezopun sözü olmasın, ət də ortadadı, pişik də!..İkinci tərəfdən, Milli Şuranın fəaliyyəti göz önündədir və bu, inkarolunmaz bir faktdır. A.Hacılının dediyi isə rəydir. Bildiyimiz kimi, faktı inkar etmək mümkün deyil, rəyi isə hər zaman dəyişmək, yaxud inkar etmək olar.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler