Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Oxuyan genclik – serbest kitabxana…

14 Eylül 2016

5:44 pm


14/09/2016 [21:40]: xeber –
Kitab oxumaq insanın həyatını dəyişə bilərmi? Bu suala yəqin ki, çoxlarımız “bəli” cavabını veririk. Böyük Türk mütəfəkkiri və yazıçısı Cəmil Meriç kitab haqqında demişdir: “Bir adama bir kitab satdığın zaman, ona yalnız yarım kilo kağız, mürəkkəb və yapışqan satmış olmazsan, ona tamamilə yeni bir həyat satmış olursan. Sevgi, dostluq, yumor və gecə vaxtı dənizdə üzən gəmilər, əgər o kitab həqiqətən mənim anladığım mənada bir kitabsa, onun içində bütün göylər və yer vardır.”  Kitab oxumaq təkcə keçmiş zamanların ağıllı insanları ilə söhbət etmək fürsəti deyil, o həmçinin, bu gündən gələcəyə işıq salan bir mayak bir yol yoldaşıdır. Həyatın enişli-yoxuşlu yollarında, gah şıltaq bir uşaq, gah kamil bir qoca, gah kəskin bir qılınc, gah əldən tutan bir əsadır kitab. Bizim müdrik xalqımız əsrlər boyu, şerə, şairə, yazıçıya, alimə, elm adamına böyük ehtiram göstərmiş – məclislərində həmişə başda oturtmuşdur. Dahi filosof-şairimiz Nizami Gəncəvi isə“Dünyada nə qədər kitab var beləÇalışıb əlləşib gətirdim ələOxudum, oxudum, sonra da vardımHər gizli xəznədən bir dürr çıxardım.”deyərək kitab oxumağın əhəmiyyətini vurğulamışdır. Bu gün təəssüflə qeyd etmək məcburiyyətində olduğumuz bir həqiqət də var: “kitab oxumağa maraq azalmışdır.”  Bunu rəsmi statistik rəqəmlər deyir. Azərbaycanda kitab oxuyanların sayı ölkə əhalisinin 11%-ni təşkil edir. Yəni təxminən 1-in 10-a nisbəti. Bu yazıda bu problemin kökündə hansı amillərin dayandığını araşdırmaq fikrimiz olmasa da dillər əzbəri olan məşhur “internet, sosial şəbəkələr bunun günahkarıdır” bəhanəsinə cavab olaraq qeyd etmək yerinə düşər ki, inkişaf səviyyəsinə, internet və sosial mediadan istifadə etmək fürsəti də bizdən çox olan ölkələrdə kitab oxuma faizi 60-70-dir. Kitab oxumaq istəyib, amma müxtəlif səbəblərdən onu əldə edə bilməyən insanlara kömək etmək və bəlkə oxumayan insanları da bir azca həvəsləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gəncə kitab klubu üzvlərinin təşkilati dəstəyi ilə Rəhimli Nurəddin Məhəmməd oğlunun “Oxuyan gənclik – sərbəst kitabxana” adlı layihəsi icra edilir. Layihə çərçivəsində şəhərin müxtəlif yerlərinə kitab rəfləri quraşdırılacaq və oraya qoyulan kitablardan istənilən adam günün istənilən saatında istifadə edə biləcək. Layihəyə dəstək olmaq istəyən hər kəs başqalarının da oxumağını istədiyi kitabları Gəncə kitab klubunun könüllüləri vasitəsi ilə Sərbəst Kitabxanaya bağışlaya bilər. Bunu etməklə oxumaq həvəsi olub kitab əldə edə bilməyən insanlara kömək etmiş olarsınız. Öncədən təşəkkürlərimizi bildiririk.Əlaqə vasitələri:  050 524 32 75, [email protected]/* */https://www.facebook.com/GenceKitabKlubu.GanjaBookClub/Fərrux RƏHİMOV 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler