Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

övşen Lenkeranski barede şok melumat – 15 gün evvel türk polisi saxlayıbmış, Sedat Peker qurtarıb…

21 Ağustos 2016

6:44 am


21/08/2016 [10:42]: xeber –
“Yeni Müsavat”ın mötəbər qaynaqlardan əldə etdiyi  məlumata görə, qətlə yetirilməmişdən 15 gün əvvəl Türkiyə polisi Rövşən Lənkəranskini saxlayıb. Amma “qanuni oğru” polisdə çox qalmayıb. Mənbəmiz deyib ki, “Lənkəranski”nin sərbəst buraxılması üçün Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi və yeraltı dünyasının ən ünlü  isimlərindən olan Sedat Pekər işə qarışıb. Milliyyətçi cameədə də yaxşı tanınan  S. Pekər “Lənkəranski”nin azad olunmasına nail olub. S. Pekəri Türkiyə mediası “yeraltı dünyanın sahiblərindən biri”, “mafiya babası“ kimi təqdim edir. Sedat Peker  2007-ci ildə İstanbul 9-cu  Ağır Cəza Məhkəməsinin hökmü ilə mafiya çetesi qurmaq kimi ittihamlarda suçlanaraq 14 il həbs cəzası alıb. Sonradan onun adı “Ergenekon” məhkəməsində  ittihamlarda da yer alıb. Ona da bu işlə bağlı 1 il 3 ay həbs cəzası verilmişdi. 2013-cü ildə cəzasının bitməsinə 4 il qalmış isə azadlığa buraxılıb. Onun Azərbaycana da xüsusi sevgisi olduğu məlumdur. “Lənkəranski”ni İstanbul polisinin niyə saxladığı məlum deyil. Amma S.Pekərin “qanuni oğru”nun  azadlığa buraxılması üçün xüsusi rolu olduğu, bir neçə gün sonra isə kürdlər tərəfindən qətlə yetirilməsi barədə iddialar maraq doğurur. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler