Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Övliyanın qezebine geldim…

12 Temmuz 2016

5:24 pm


12/07/2016 [21:23]: xeber –
Bu yaxınlarda tədqiqat məqsədi ilə Oğuz rayonunun Kərimli kəndində oldum. Kəndin tarixi ilə bağlı araşdırma apararkən, sakinlər mənə başlarına gələn maraqlı əhvalatları danışdılar. Onlardan birinin – Məmmədova Kişbər Bayram qızının söhbətini moderator.az-ın oxucularına təqdim edirəm:-Bir səhər gördüm həyət darvazası döyülür. Açanda üç-dörd nəfərin qapıda dayandığını gördüm. Dedilər bizi bura  sənin İrkutskda  yaşayan oğlun göndərib. Söhbət əsnasında məlum oldu ki, bunların yaxın adamları mənim oğlumla rusiyada bir yerdə işləyirmiş. Bir gün əsəbləri pozulub. Müalicə effekt verməyəndə oğlum bunlara danışıb ki, kəndimizdə “Çərşənbə piri” adlanan bir pir var, əsəb xəstələri ora gedəndə sağalırlar. Bu xəstəni aparın bizim kəndə, anama deyin, sizinlə getsin həmin pirə, bəlkə xeyri oldu.Oğlumun xahişini nəzərə alıb, gələn qonaqlarla kəndimizin qəbiristanlığında olan həmin seyid qəbrini ziyarətə getdik. Pirdə molla yox idi. Biz qəbrin ətrafında biraz  oturduq. Xəstə anlaqsız vəziyyətdə idi, qolundan tutub saxlamışdılar. Dedim xəstəni qəbrin başına fırladın. Sonra qəbrin üstündəki balaca daşı götürüb, xəstənin üzünə, başına sürtdüm. Bu vaxt xəstənin halı, sifətinin mimikası dəyişdi, başının tükləri biz-biz durdu. Belə olanda çox qorxdum, ürəyimdə özümü qınadım ki, mən niyə belə elədim, bu dəlidir, bu saat məni öldürəcək. Amma, Allaha şükür ki, hirslənmədi, sakit oturdu qəbrn yanında. Hiss olunurdu ki, əvvəlki kimi narahat deyil. Bir azdan valideynləri dedilər, durun, gedəyin evimizə. Xəstə oğlan dedi burada Quran oxunmasa, mən getməyəcəm. Maşınla gedib mollanı gətirdilər. Quran oxunarkən, xəstəni yuxu tutdu. Bir-iki saatdan sonra ayıldı.  Artıq əvvəlki adam deyildi, anlaqlı şəkildə söhbət etməyə başladı. Gələnlər sevinə-sevinə öz evlərinə, mən də öz evimə qayıtdım. Həmin gecə qorxulu bir yuxu gördüm: ağ paltarlı, ağ əmmaməli nurani bir kişi gəldi. Dedi bu günkü səhvinə görə səni cəzalandırmağa gəlmişəm. Soruşdum ki, səhvim nədir? Dedi: “Birincisi, ziyarətinə gəldiyiniz övliyanın ruhuna Quran oxunmadan, sua verilmədən daşı götürüb xəstəyə sürtdün, ikincisi, sən dəstamazlı olmadığına görə daşa əlini vura bilməzdin. Odur ki, sən cəzalanmalısan”. Belə deyib, əlindəki murdar şeyi mənə verərək, “Bunu yeməlisən” – dedi. Mən onun qarşısında diz çöküb: “Səhv etmişəm, məni bağışla” –  dedim. Bu vaxt həmin adam yox oldu və mən yuxudan ayıldım. Ayılandan sonra səhvimi başa düşdüm və üzr istədim. Söhbəti qələmə aldı: Paşa Yaqub – tədqiqatçı-yazıçı.Qeyd: müsahibim xəstənin adını və ünvanını desə də, müxtəlif səbəblərdən burada qeyd etmədim.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler