Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Övladlarım siyasetçi Elçini daha çox sevirler, çünki bu onlara daha çox serf edir”

29 Ekim 2016

5:52 am


29/10/2016 [09:50]: xeber –
sayt “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, şair, rejissor Elçin Mirzəbəyli ilə müsahibəni təqdim edir:- Biz əslində söhbətimizə siyasi mövzuda başlayacaqdıq. İndi məlum oldu ki, Elçin bəy müsahibəyə bir çanta ilə gəlib və onun içində də xeyli şeirləri var. Bizim üçün  də, oxucu üçün də maraqlıdır ki, Elçin Mirzəbəyli özünü daha çox siyasətçi hesab edir, yoxsa şair?- Ən çətin sualdan başladınız. Politologiya və siyasət mənim işimdir. Digəri isə yaradıcılıqdır və faktiki olaraq mən bu yaradıcılıqdan həyatımı təmin etmirəm. Əgər mən yaradıcılıqdan həyatımı təmin etmirəmsə, deməli, bu mənim işim deyil. Sadəcə bir hobbidir.- Sizin çox məşhur şeirləriniz var. Milli-azadlıq hərəkatı boyunca oxunan, hətta mənim də türməyə gedərkən dustaq maşınında oxuduğum oxuduğum “Azadlıq” marşı var:”Qalx ayağa, millət,boğmasınlar səsimizi,Bir bayraq altındabirləşdir bizi…”Şeir “Heyratı” üstündə yazılıb və sözləri də sizin imiş…- Bəli, “Heyratı” üstündə yazılıb, sözləri mənimdir və sonradan o kompozisiyanı da özüm qurmuşam.- Sizin şeirlərə bəstələnmiş digər çox məşhur musiqilər də var, onlardan biri də Abbasın oxuduğu “Ürəyim yanar” mahnısı hitə çevrilib. Ancaq sanki  şair, yaradıcı kimliyinizi, siyasətçi və redaktor Elçin Mirzəbəylinin arxasında gizlədirsiniz. Bayaq dediniz ki, mənim həyatımın, təminatımın ödənilməsində yaradıcılığım rol oynamır. Ancaq siz sanki bilərəkdən şair Elçini gizlədirsiniz. Şair və yaradıcı Elçin Mirzəbəylinin redaktor və siyasətçi Elçin Mirzəbəylidən daha önə keçməsi sizdə bir diskomfort yaradırmı?- Mənim özümdə diskomfort yaratmır, prinsip etibarilə ətrafımda olan insanlarda da hər hansı problem yaratmır. Ancaq vəziyyət, situasiya elə gətirir ki, hər zaman siyasi tərəfdən daha qabarıq şəkildə görünürəm. Proseslər, iştirak etdiyim hadisələr buna gətirib çıxarır. Çünki bir qədər aktiv adamam, ədəbiyyatda isə o aktivliyi, fəallığı nümayiş etdirmək üçün meydan yoxdur.- Ədəbi mühit yoxdurmu?- Prinsip etibarilə, arzulanan səviyyədə mühit yoxdur.- Mən bəzən düşünürəm ki, bəlkə o mühit var, biz onu görə bilmirik.- Mühit var, ancaq dağınıqdır. Oxucu da, zövqlü oxucu da var. Amma o oxucularla ünsiyyətdə olmaq, daim əlaqədə olmaq imkanları yoxdur. İmkan həm də ona görə yoxdur ki, son nəticədə bir vətəndaş kimi, ailəsini, uşaqlarını yaşatmaq istəyən bir insan kimi o mənə heç nə vermir.- Niyə? Sizcə, bu, anormal deyilmi? Avropada, Türkiyədə olsa, yaxşı yazan şairlər bundan yaxşı da para qazanırlar. Şeirlərinə yazılmış mahnıları səslənən, bir marşı hit olan, Azərbaycan Silahlı Qüvvələrinin marşlarından birini yazan adam…- Bir yox, 3 marşım oxunur, Silahlı Qüvvələrdə 3 marşım var. Bundan başqa da iki marşım oxunur.- Hətta 3 marş. Gerçəkdənmi, siz bunlardan heç bir qonorar almamısınız?- Xeyr, heç nə almamışam. Bu günə qədər ədəbiyyatdan nə divident olaraq, nə də maddi olaraq heç bir qazancım olmayıb.- Övladlarınız hansı Elçini daha çox tanıyır və daha çox sevirlər?- İkisini də çox yaxşı tanıyırlar, ancaq siyasətçi Elçini daha çox sevirlər, çünki bu onlara daha çox sərf edir. (Gülür)- O zaman biz də söhbətimizi siyasətçi Elçinlə davam etdirək. Sadəcə, oxucu üçün məlumatı tamamlamaq istəyirəm ki,  Sank-Peterbuqda rejissorluq təhsili almısınız, bir sıra tamaşalara, o cümlədən Naxçıvanda “Nadir şah” tamaşasına quruluş vermisiniz. Həm də heç bir redaktorun işləmədiyi vəzifədə işləmisiniz, 1 il müddətinə “Sevil” kinoteatrının direktoru olmusunuz. – Həmin vaxt mən eyni zamanda İncəsənət Universitetinin müəllimi idim. Rejissor və aktyorlardan ibarət eksperimental qrupa dərs deyirdim. Əvvəlcə həmin qrupa dərs deməyə Azərpaşa Nemətovla birlikdə başlamışdıq, ancaq qısa müddətdən sonra Azərpaşa müəllim çəkildi, yalnız mən qaldım həmin qrupun rəhbəri kimi.- Bu gün Azərpaşa Nemətovun adı ilə bağlı bir qalmaqal gündəmdədir. Münasibətləriniz necədir onunla?- Münasibətlərimiz normaldır.- Onunla bağlı bir skandal çıxıb, həmin məsələ ilə bağlı qısa olaraq fikirlərinizi almaq olarmı?- Mən də Fuad Poladovla bağlı skandalı mətbuatdan oxudum. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan teatr sisteminə yanaşmanın özü kökündən yanlışdır. Bilinmir ki, teatr aktyorlar üçün iş yeridir, sosial bir proyektdir, yoxsa sənət məbədidir. Əgər sosial proyektdirsə, onda yaradıcılıq da gözləmək lazım deyil. Əgər iş yeridirsə, oranı menecerlər idarə etməlidir, aktyorlar idarə etməli deyil.- Azərpaşa Nemətov yaxşı menecer deyilmi?- Xeyr, menecer deyil. Yaxşı rejissordur, yüksək təhsili olan, təəssüf ki, Azərbaycan mühitində özünü biruzə verə bilməyən daha masştablı rejissordur, ancaq menecer və idarəçi deyil. Teatr tamaşaçıya işləməlidir. O əsərlər ortaya çıxarılmalıdır ki, onlar pul gətirəcək. Mahiyyət etibarilə bu sosial yanaşma dəyişməlidir.- Fuad Poladov kimdir bəs? Mətbuat onu zərərçəkən qismində təqdim edir. Onu bir aktyor kimi necə qiymətləndirirsiniz?- Aktyor kimi onun masştabı çox böyüdür, Azərbaycan miqyasından da çox böyükdür. Təəssüf ki, Azərbaycan teatrında belə nəhəng aktyorlar var ki, biz onları nəinki dünya miqyasına, heç postsovet məkanı miqyasına da çıxara bilməmişik.- İndi isə keçək siyasətçi Elçin Mirzəbəyli ilə söhbətə. Elçin bəy, siz Türkiyə səfərdən qayıtmısınız. Azərbaycan ictimaiyyətinin gözü və qulağı Türkiyə televiziyalarındadır, oranın gündəmi həddindən artıq yüklüdür. Təəssüf ki, qardaş ölkəmizdən gələn qara xəbərlər çoxdur. Hazırda Türkiyə böyük savaşların episentrindədir, sağında və solunda müharibə gedir. Niyə getmişdiniz Türkiyəyə və hansı təəssüratlarla qayıtdınız? Türkiyə, televiziyada göründüyü kimi qorxuludurmu?- Biz Rauf bəylə birlikdə Türkiyədə səfərdə olanda hər hansı bir qorxu hissimiz yox idi. Yeganə olaraq, ictimai yerlərdə bədəni büsbütün qara çadraya bürünən, yalnız gözləri görünən ərəb qadınlarını görəndə narahat olurduq ki, çadranın altındakı canlı bomba ola bilər… Ancaq başqa narahatlıq yox idi. Mən Türkiyənin iki mərkəzi şəhərini gəzib-dolandım, hər hansı basqı, təhlükə yox idi. Ümumi siyasi mühitə gəlincə, məncə gerçək olayların bir az şişirdilmiş görüntüsü var televiziyalarda. Türkiyə normal həyatını yaşayır…- Sizi niyə dəvət etmişdilər, həmin proqramın məqsədi nə idi?- Proqramın məqsədi 15 iyul çevrilişi ilə gündəmi dəyişən Türkiyə xalqının iradəsinə və milli birliyinə şahidlik etmək idi. Biz də getdik şahidlik etdik ki, hansı proseslər baş verir. Əslində Azərbaycan üçün orada qeyri-adi heç nə yox idi. Biz ora Qazaxıstandan, Qırğızıstandan və ya Özbəkistandan durub getməmişdik. Azərbaycan gündəmi ilə Türkiyə gündəmi iç-içədir. Saniyələr fərqi ilə Türkiyədə baş verən hadisələr Azərbaycan mediasında öz əksini tapır, hətta buna münasibət də bildirilir. O baxımdan mənim üçün yeni bir açılım olmadı, heç nə kəşf etmədim.- Son zamanlar, Türkiyə-Rusiya münasibətlərində maraqlı gəlişmələr var. Yaxşı ki, iki ölkənin münasibətləri bərpa olundu və bu böhran çox uzun çəkmədi. Amma bununla belə, sanki Türkiyə ilə bağlı qeyri-müəyyən proqnozlar səslənməkdədir. Jirinovski iki gün öncə bəyan etdi ki, əgər Ərdoğan prezidentlikdən gedərsə, Türkiyə parçalana bilər. Bu cür proqnozlar təhlükəlidirmi? Türkiyəyə bələd olan bir şəxs kimi, sizcə, bu nə dərəcədə realdır? – Mən Türkiyə xalqının iradəsinə və potensialına güvənirəm. Amma narahatlığa ciddi əsas var. Ciddi proseslər gedir, Türkiyənin sərhədlərinin yaxınlığında müharibələr gedir, terror var. Türkiyəni xaosa sürükləmək istəyirlər. Amma bütün bunların fövqündə duran, bəlkə də Qərbin də, Rusiyanın da unutduğu türk insanının mahiyyəti var, vətən təəssübkeşliyi var. Onu ciddi şəkildə deqradasiyaya uğrada bilməyiblər. Müəyyən deqradasiya prosesi gedib, amma tam şəkildə getməyib. Mən o potensialı Türkiyədə gördüm. Biz müxtəlif kəsimlərdən, ideoloji cərəyanlardan olan insanlarla görüşdük. Hakimiyyətin əleyhinə olan qruplarla da, müxalifətçi CHP və MHP rəhbərləri ilə də, jurnalistlərlə də bilavasitə müzakirələr apardıq. Vətəndaşlar arasında  indiki Türkiyə hakimiyyətini qəbul etməyən insanlarla da təmasda olduq. Dövlətçilik baxımdan, etnik-separatçı qruplar istisna olmaq şərtilə, vahid mövqe var.- Bir fikir də səslənir ki, Türkiyə üzərindəki bu çirkin, məkrli planlar daha çox Qərb dairələri ilə bağlıdır, nəinki Rusiya. Hətta belə bir fikirlər də səslənir ki, Türkiyənin bir dövlət kimi mövcud olmasında, bütövlüyünü qoruyub saxlamasında Rusiya daha maraqlıdır, nəinki ABŞ. Guya ABŞ-ın da Türkiyə ilə bağlı müəyyən məkrli planları var. Siz bu fikri bölüşürsünüzmü?“Teatr bir sənət məbədi yox, iş yeridirsə, oranı menecerlər idarə etməlidir, aktyorlar yox”- Biz məsələni diqqətə almaq lazımdır ki, Rusiya və Türkiyə bu gün iqtisadi müstəvidə əlaqələr qursa da, hansısa məcburi platformalarda, hər iki dövlətin maraqlarının diktə etdiyi məsələlərdə bir araya gəlsə də, gerçəkdə onlar əbədi rəqiblədir. Rusiya heç zaman Türkiyənin güclü bir dövlət olmasını arzulamaz. Bundan sonra da belə bir perspektiv görmürəm. ABŞ-la bağlı mövqe aydındır. Birləşmiş Ştatların yürütdüyü siyasətin son nəticədə öz geosiyasi maraqlarının təmin edilməsi uğrunda aparıldığı nəticəsi hələ “ərəb baharı”ndan başlayaraq ortadadır. Daha öncə də İraqda baş verən proseslərdə… Mənzərə aydındır. Söhbət Türkiyə də daxil olmaq şərtilə bütün yaxın Şərqin xaosa sürüklənməsindən və kiçik dövlətlərə parçalanmasından, öz əlaltı rejimlərini formalaşdırmaqdan gedir. Çünki kiçik dövlətləri idarə etmək rahatdır. ABŞ bütün ərazini əlinə almaq və enerji resurslarına sahib olmaq istəyir. Digər tərəfdən, həmin ərazi, təkcə neft, qaz, uran ehtiyatlarına görə deyil, həm də Aralıq dənizinə çıxan çox önəmli bir nəqliyyat dəhlizidir, həm də daha ucuz nəqliyyat dəhlizidir ki, bu dəhlizin üzərində nəzarət də faktiki olaraq həmin bölgənin nəzarətə alınması deməkdir. Bu aspektdən yanaşanda şübhəsiz ki, bu gün güclü Türkiyənin olmasını Qərbdə heç kim istəmir. Ancaq mövcud şərtlər daxilində, indiki şəraitdə Türkiyənin sərhəd bütövlüyünün qorunmasını müəyyən əlverişli bir zamana kimi arzulayan ölkələr var, onlardan da biri Rusiyadır. İndiki şəraitdə bu gün Türkiyənin dağılması Rusiyanın maraqlarına uyğun deyil. Ola bilsin ki, 5-10 il sonra Rusiya özünü toparlayarsa, imperiya ambisiyalarını ortaya qoymağı bacararsa, postsovet məkanında nəqliyyat dəhlizlərinə nəzarəti ələ keçirərsə, bütövlükdə alternativlərin qarşısını ala bilərsə, o zaman təbii ki, Türkiyənin sıradan çıxmasını arzulaya bilər.N.L:- Münasibətlərin bu qədər yaxınlaşdığı ərəfədə, Türkiyənin Avrasiya İqtisadi Birliyinə qoşulması məsələsi də gündəmdir. Türkiyədə ciddi şəkildə bu birliyə qoşulma meylləri varmı?- Bir fərziyyə var. Təəssüf ki, Azərbaycanda da yanaşmalarda müəyyən yanlışlıqlara yol verilir. “Avrasiya açılımı” nəzəriyyəsi Qumilyovun nəzəriyyəsidir. Bu iki xalqın, türk və slavyan xalqlarının enerjisinin bütövlükdə yeni  sinerjiyə çevrilməsindən bəhs edir. Əsas dövr kimi də monqol-tatar hücumları və sonradan rusların dirçəlmə prosesi götürülür. Necə ki, həmin dövrdə türklərin gəlişi ruslarda dövlətçilik ənənələrinin, milli şüurun formalaşmasına, onların bir millət olaraq ortaya çıxmasına zəmin yaratdı. İndi də yeni kinetik enerjinin yaranması üçün bu “Avrasiya açılımı” nəzəriyyəsi ortaya atılır. “Bu günə qədər ədəbiyyatdan nə divident olaraq, nə də maddi olaraq heç bir qazancım olmayıb”Amma Putinin avrasiyaçılığı, Qumilyovun avrasiyaçılığı deyil. Qumilyov avrasiyaçılığının əsasında bərabərhüquqlu türk və slavyan birliyi dayanırsa, Putin avrasiyaçılığında Rusiyanın dominant rol oynamaq ambisiyaları dayanır. Bunlar tamamilə fərqli yanaşmalardır. Nəzəri baxımdan türk dövlətlərinin çoxu bu gün Rusiya ilə yaxın münasibətlərdədir və qurama da olsa, MDB adlanan bir qurumda təmsil olunurlar. Çoxluq bu tərəfdədir. Quzey Kıbrıs Türk Cümhuriyyətini istisna etsək, tək türk dövləti olaq kənarda qalan Türkiyədir. Digər tərəfdən, bunun üçün imkan da, iqtisadi əsas da yoxdur. Türkiyənin Rusiyada ciddi iqtisadi maraqlarının olmasına baxmayaraq, qardaş ölkənin bu günə qədər bütün sənayesi Qərblə bağlıdır. Hərbi sənayesi Qərblə bağlıdır, əlaqələri onlarladır, təhlükəsizliyi NATO çərçivəsində təmin olunur. Türkiyənin birdən-birə Avroatlantik məkandan gəlib, buraya keçməsi mümkün olan məsələ deyil. Digər tərəfdən, əgər Türkiyə daxil olacaqsa, hansı şərtlərlə daxil olacaq? İtirəcəyi şeylərin miqyası görünməyəcək dərəcədədir. Ölkəni illər boyu formalaşmış bir təhlükəsizlik məkanından, hərbi sənaye kompleks məkanından götürüb, tərəzinin digər gözünə qoymaq mümkün deyil. Türkiyənin bütün zabitləri və generalları NATO məktəbindən çıxan insanlardır.- Belə çıxır ki, Türkiyə Rusiya amilindən sadəcə Qərbə qarşı faydalanır. Həmçinin Rusiya da Türkiyədən. İkisinin də bir-birinə ehtiyacı var sanki…- …Davamı var…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler