Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Otellerdeki kişi personallar qadınlarla evezlenir – Əreblere göre…

01 Ekim 2016

8:12 am


01/10/2016 [12:11]: xeber –
Azərbaycandakı bir sıra otellərdə kişi personalların qadınlarla əvəzlənməsi
prosesi başlayıb. Bu barədə sayt-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin
sözlərinə görə, buna səbəb bu otellərdə məskunlaşan ərəb turistləridir. Belə
ki, Azərbaycana gələrkən çoxsaylı həyat yoldaşlarını da özləri ilə birlikdə gətirən
ərəb turistləri həm qaldıqları oteldə, həm də otelin nəzdindəki restoranlarda həyat
yoldaşlaırna kişi personalın xidmət göstərməsinə etiraz ediblər. Onlar tələb
ediblər ki, onlara qadın personallar xidmət etsin. Bu isə şəxsi heyətinin əksəriyyəti
kişilərdən ibarət olan bir çox otel-restoran sahibini çətin vəziyyətdə qoyub.
Odur ki, ərəb turistlərini itirməmək üçün otel sahibləri qısa zamanda kişi
personalının bir qismini qadınlarla əvəz edib.

Mənbənin sözlərinə görə, kişi personalın qadınlarla əvəzlənməsi
prosesi bu gün də davam etməkdədir.

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler