Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Osmanlıda meymunlar niye asılırdı? – Şok sebeb

15 Ağustos 2016

11:16 am


15/08/2016 [15:12]: xeber –
Sultan III Muradın hakimiyyəti illərində İstanbulda yüzlərlə meymun vəhşicəsinə edam edilib. Femida.az-ın məlumatına əsasən, Yavuz Sultan Səlim Şimali Afrikada fəthlər edərkən İstanbulda da meymunların sayı durmadan artırdı. Meymunlar daha çox gəmilərdə gözətçilik edər, gəmi dorlarına asanlıqla dırmanar və başqa bir gəmi gördükləri zaman dərhal xəbər verərdilər. III Muradın dövründə isə İstanbulun demək olar istənilən nöqtəsində meymun dükanları olardı. Həm varlılar, həm də kasıblar meymun satın alardılar.  III Muradın əsas din adamı hesab olunan molla Əbdulkərim qeyri-müsəlmanlara nifrət edən radikal dindar idi. Molla Əbdulkərim müsəlman olmayan insanları o dövr üçün təhqir sayılan qırmızı və qara paltarlar geyməyə məcbur edərdiş. O, yəhudi məzarlığında qanunsuz olaraq məscid tikdirəcək qədər radikal dindar olub. Hər şey bu mollanın məscidin önündə “qadınlar meymunlardan pis işlərdə istifadə edir” şəklində çıxışı ilə başladı. Bu çıxış İstanbulda böyük əks-səda doğurdu. İnsanlar toplaşaraq meymun satılan mağazalara basqın etdi. Tarixçilərin bildirdiyinə görə, həmin gün İstanbulda meymun asılmayan ağac qalmayıb. Molla meymunları öz əlləri ilə asırmış, iri meymunlar üçün isə ayrıca edam yeri müəyyən ediblərmiş. Deyilənə görə, molla Əbdülkərim vəfat etdikdən sonra bütün heyvansevərlər bayram ediblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler