Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Osmanlıda başa yığılmış su bu üsulla müalice olunurdu – MARAQLI

16 Ekim 2016

3:04 pm


16/10/2016 [19:03]: xeber –
Osmanlı Təbabəti özündən əvvəlki Türk – islam təbaətinin ənənələri üzərində qurulmuş və inkişafını bu istiqamətdə davam etdirmişdi. Bu ənənənin dünyaca məşhur iki önəmli filosofu İbn Sina və Farabididir. Osmanlıda birçok sosial və mədəni sahədə olduğu kimi, tibb sahəsində də əhamiyyətli kəşflər edilmişdir. Bu kəşflər, yeniliklər tibb təhsilində böyük əhəmiyyətə malik olub.  sayt-ın təqdim etdiyi bu yazıda Osmanlı tibbində uşaqların başına yığılmış suyun, hidrosefali xəstəliyinin necə müalicə olunduğu haqqında məlumat təqdim edəcəyik: Hidrosefali xəstəliyinə əsasən uşaqlarda rast gəlinir. Su başın dərisi altında, ya da başın dərisi ilə sümüyü arasında, bəzən də sümüyün altında toplanır. Əgər su sümüyün üstündə və dərinin altında yığılarsa, o şişi yarırmışlar. Kəsiyi başın eninə doğru etmək lazım imiş. Kəsik bir barmağın iki buğumu boyda olurmuş. Yığılmış su həmin kəsikdən boşaldılırmış. Su çox olduqda isə iki ayrı yerdən yarırmışlar. İki kəsik arasında isə boşluq buraxırmışlar. Suyun sümüyün altına yığılmasını isə barmaqla basmaqa müəyyən edirmişlər. O zaman başın ortasından yarıq açıb, sonra başı bez ilə sarıyırmışlar, şərab və zeytun yağı ilə dezinfeksiya edirmişlər. Sonra sarğını açıb, yaraya tampon qoyub məlhəm çəkirmişlər. Tamponun ipini boş buraxmaq lazım imiş. Əməliyyatı apararkən damarların kəsilməməsinə xüsusi diqqət etmək lazım imiş. Əks halda xəstə qan itkisindən ölə bilərmiş.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler