Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Osmanlı dövründe qadın xestelikleri bu üsullarla müalice olunurdu – MARAQLI

15 Ekim 2016

12:12 pm


15/10/2016 [16:09]: xeber –
 Osmanlı dövründə, 15-ci yüzillikdə qadın xəstəlikləri mamaçalar ilə qadın təbiblər, yəni qadın həkimlər tərəfindən müalicə edilirdi. Vaginal bölgədəki babasil, ziyillər, qızılı sızanaqlar, çibanlar və digər xəstəlikləri, həmçinin qapalı uşaqlıq yolunun açılması, ana bətnində ölmüş dölün çıxarılması Osmanlı təbiblərinin, yəni qadın həkimlərinin gördüyü işlər idi. Ancaq qadın xəstələrdə daş  çıxarma əməliyyatına qadın həkim olmadıqda kişi həkimlər müdaxilə edərdi.Qapalı uşaqlıq yolu ağzı əməliyyatı (Hymen Imperfotarus) Belə xəstələrdə bətn bitişik olur, dəlik olmur və bu da uşaq sahibi olmağa imkan vermirmiş. Təbiblər bu xəstəliyi müalic etmək üçün iki baş barmağına bez dolayıb vaginal orqanı nazik pərdə yarılana qədər iki tərəfə çəkirmişlər. Sonra bir parça yunu zeytun yağına batırıb yarılan yerə qoyurmuşlar. Pərdə qalın olduqda isə xüsusi hazırlanmış neşter ilə yarıb üstünə zeytun yağına batırılmış yun qoyurlarmış. Vaginada bir kütlə aşkar edildikdə isə bu kütləni kəsib, üzərinə  qan qurudan dərmanları döyüb qoyurlarmış. Kəsilmiş hissə birləşməsin deyə vaginal orqana qalaydan hazırlanmış bir boru soxurlarmış. Sonra quru kətan bezinə xüsusi məlhəm sürtüb əməliyyat yerinə qoyurlarmış. Vaginal bölgədə xərçəng şişi aşkar edildikdə isə heç bir müdaxilə etmirlərmiş.sayt-ın təqdim etdiyi aşağıdakı fotolarda isə o dönəm vaginal əməliyyatların həyata keçirilməsində istifadə olunan alətlər yer alıb: Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler